Region
Əraqçi Fransaya səfər planlaşdırır - Hansı məsələlər müzakirə olunacaq?
İranın xarici işlər naziri Abbas Əraqçi yaxın günlərdə Fransaya səfər etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Bu həftə baş tutacaq Paris səfərində ikitərəfli məsələlərin və regional hadisələrin müzakirəsi gözlənilir.
Bildirilir ki, Əraqçi Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (OPCW) Niderlandda keçirilən illik toplantısında iştirak etdikdən sonra Fransaya səfər edəcək.
Qeyd olunur ki, Paris görüşləri İranın mövqeyini və qanuni tələblərini təqdim etmək üçün mühüm platforma rolunu oynayacaq.
Məlumata görə, səfər zamanı həmçinin İran vətəndaşı Mehdieh Esfandiarinin məsələsi də müzakirə olunacaq.
Qeyd edək ki, İran vətəndaşı Mehdieh Esfandiari fevral ayında Fransada sosial şəbəkələrdə terrorizmi təbliğ etməkdə ittiham olunaraq həbs edilib. Daha sonra onun məhkəmə nəzarəti altında azadlığa buraxılması qərarı Paris prokurorluğu tərəfindən təsdiqlənib, lakin məhkəmə onu həbsdə saxlamağa qərar verib.
Adəm
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM



















.jpg)

















