Region
Gürcüstan polisi mitinqlərdə görün hansı maddədən istifadə edib - Şok faktlar yayıldı
Toplanan faktlar göstərir ki, Gürcüstan hakimiyyəti ötən il Tbilisidə hökumət əleyhinə etirazların dağıdılması zamanı Birinci Dünya müharibəsi dövründə istifadə olunan zəhərli “kamit” qazından istifadə edib.
Publika.az xəbər verir ki, bu barədə BBC araşdırma aparıb.
Etirazçılardan biri 2024-cü ilin sonunda Tbilisidə su şırnaqları ilə müdaxilə zamanı yaşadığı hissləri belə təsvir edib: “Elə bil su yandırırdı. Bu hissi yumaqla aradan qaldırmaq olmurdu”.
O və digər etirazçılar həftələrlə davam edən nəfəs darlığı, öskürək və qusma kimi simptomlardan da şikayət ediblər.
BBC kimyəvi silah ekspertləri, xüsusi polis qüvvələrinin mənbələri və həkimlərlə danışaraq, Fransız ordusunun “kamit” adlandırdığı bromobenzilsiyanid maddəsinin istifadə olunduğunu göstərən faktlar toplayıb.
Etirazlara dəfələrlə qatılan pediatr Konstantin Çaxunaşvili də dəri yanması hissinin günlərlə keçmədiyini deyib. Onun sosial mediada apardığı sorğu nəticəsində 350 nəfərə yaxın etirazçının oxşar simptomlardan əziyyət çəkdiyi üzə çıxıb. Həkim 69 nəfər üzərində apardığı araşdırmada ürək elektrik siqnallarında anormallıqların artdığını da müəyyən edib.
Çaxunaşvilinin araşdırması beynəlxalq “Toxicology Reports” jurnalında dərc olunmaq üçün qəbul edilib. Bu nəticələr yerli jurnalistlərin, həkimlərin və hüquq müdafiəçilərinin su şırnaqlarına kimyəvi maddə əlavə oluna biləcəyi barədə əvvəlki iddialarını təsdiqləyib.
Bununla belə, hakim “Gürcü Arzusu” partiyası “kamit” maddəsinin alınması və etirazlarda istifadəsi ilə bağlı ittihamları qəti şəkildə təkzib edib.
Baş nazir İrakli Kobaxidze bəyan edib ki, “kamit” maddəsi ümumiyyətlə istifadə olunmayıb. Bu, tam yalandır.
Daxili işlər naziri Gela Geladze də BBC-nin araşdırmasını “tam absurd” adlandırıb:
“Nazirlik heç vaxt “kamit” adlı maddə almayıb. Aksiyaların dağıdılması zamanı istifadə olunan maddələr beynəlxalq şirkətlərdən qanuni şəkildə əldə olunub”.
Qeyd edək ki, 2024-cü ilin 28 noyabrında Baş nazir Kobaxidze Gürcüstanın Aİ ilə dördillik üzvlük danışıqlarının dayandırıldığını açıqladıqdan sonra ölkədə kütləvi etirazlar başlayıb. Aksiyalara polis tərəfindən dağıdıcı qüvvələr, gözyaşardıcı qaz və su şırnaqlarından mütəmadi istifadə edilməsi nəticəsində vəziyyət tez-tez zorakı toqquşmalara çevrilib.
Adəm
-
Kriminal19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı












.jpg)



























