Region
Türkiyə şirkəti Rusiyaya daşımalardan İMTİNA ETDİ
Türkiyənin "Beşiktaş Shipping" şirkəti, tankerlərindən birinin Seneqal sahillərində zərər görməsindən sonra, Rusiya ilə bütün gəmiçilik əməliyyatlarını dayandırır.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Şirkətin bəyanatında bildirilir ki, "Beşiktaş Shipping" Rusiya ilə bağlı bütün əməliyyatları dərhal dayandırır və artıq bu istiqamətdə reyslər həyata keçirməyəcək. Qeyd olunur ki, şirkət bütün beynəlxalq sanksiya rejimlərinə və ticarət məhdudiyyətlərinə ciddi şəkildə əməl edib, lakin regiondakı təhlükəsizlik durumu kəskin şəkildə pisləşib.
"Beşiktaş Shipping" üçün personalın və aktivlərin təhlükəsizliyi ən yüksək prioritet olduğundan, gəmilər və ekipajlar üçün risklər qəbuledilməz həddə çatıb və buna görə şirkət bu tip əməliyyatları dayandırmaq qərarı verib.
Dekabrın 1-də Seneqalda "Mersin" adlı tankerin yaxınlığında partlayışların baş verib. "Beşiktaş Shipping" nümayəndələri bildiriblər ki, gəmi təhlükəsizdir və heç bir təhlükə yaratmır.
28 noyabrda isə Qara dənizdə, Türkiyə sahilləri yaxınlığında, Qambiya bayrağı altında Rusiyaya doğru gedən "Kairos" və "Virat" tankerlərinə hücum edilmişdi. Hücum nəticəsində "Kairos" gəmisində maşın bölməsində yanğın baş vermiş, "Virat" ekipajı isə gövdənin zədələnməsi barədə məlumat vermişdi. Ertəsi gün "Virat" yenidən pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalmışdı.
Hüseyn İbadlı
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
Avropa16 May 22:00Dünyanın ən yaşlı iti öldü
-
İdman16 May 21:12Boks üzrə ölkə çempionunun meyiti tapıldı
















.jpg)















.jpg)



