Region
Ermənistan ordusunda böyük problem: Çağırışçıların 67 faizi... - Nazir çözüm tapa bilmir
Ermənistan ordusunda çağırışçıların təxminən 67%-i siqaret çəkir.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının iclasında qanun layihəsinin müzakirəsi zamanı hakim “Mülki Müqavilə” partiyasından olan deputat Hayk Sarkisyan bildirib.
"Üstəlik, onların əhəmiyyətli bir hissəsi orduda xidmətə başladıqdan sonra siqaret çəkməyə başlayıblar”, - Sarkisyan bildirib.
Millət vəkili daha sonra qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrində gizirlərin 69 faizi, zabitlərin isə 88 faizi siqaret çəkir. Onun sözlərinə görə, bu rəqəmlər narahatlıq doğurur.
Sarkisyan daha sonra Ermənistanın müdafiə naziri Suren Papikyandan hər hansı stimullaşdırıcı vasitə yaratmağın mümkün olub-olmadığını soruşub. Məsələn, siqaret çəkməyən hərbi qulluqçuların hərbi xidmətini vaxtından əvvəl başa vurmasına icazə və ya onlara əlavə məzuniyyət verməklə.
Papikyan bildirib ki, həvəsləndirici qaydalar məzuniyyətlə bağlı mümkündür və tətbiq oluna bilər, lakin indiki mərhələdə xidmət müddətinin azaldılması müzakirə olunmur.
Adəm
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı



































