Region
Putin fərman imzaladı: Rusiyanın məxfi saxlanılan yeni müharibə PLANI
Rusiya prezidenti Vladimir Putin vətəndaşların 2026-cı ildə hərbi təlimlərə çağırılması haqqında fərman imzalayıb.
Publika.az xəbər verir ki, dekabrın 8-də imzalanan fərmana əsasən Rusiya vətəndaşları illik təlim-məşq toplanışında iştirak edəcək.
Dərhal qüvvəyə minən fərman iki məxfi hissədən ibarətdir. Burada təlim-məşq toplanışına cəlb ediləcək vətəndaşların sayı və təlimin vaxtının dəqiqləşdirilməsi daxildir.
Rusiyada qış hərbi hazırlığı nadir halda baş verir. Ötən il Putin bunun yanvarda keçirilməsi haqqında fərman imzalamışdı. Bu, son 20 ildə ilk hadisə idi. 2024-cü ildə təlimlərlə bağlı qərar martda, 2023-cü ildə mayda, 2022 və 2021-ci illərdə apreldə, 2020-ci ildə isə iyunda verilmişdi. Son iki ildə qeydə alınan qış hərbi hazırlığı Ukrayna müharibəsi və Rusiyanın Avropa ilə qarşıdurması fonunda diqqət çəkir.
Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü general-leytenant Viktor Sobolev daha öncə qeyd etmişdi ki, NATO ilə genişmiqyaslı müharibəyə hazırlaşmaq üçün bütün rusiyalı gənclər 6 aylıq hərbi təlim düşərgələrinə göndərilməlidir.
“NATO ilə toqquşma başlayarsa, bizim genişmiqyaslı müharibə aparmaq üçün təlim keçmiş səfərbərlik ehtiyatımız yoxdur. Əhalinin hər 10 nəfərindən biri orduda xidmət edib, 9-u isə heç vaxt xidmətdə olmayıb. Bunu dəyişmək lazımdır, təlim düşərgələri qurulmalı, gəncləri öyrətməliyik. Bütün gənclər hərbi qeydiyyata alınmalı və təlim düşərgələrində 6 ay hazırlıq keçməlidir”, - o bildirib.
Asif
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO










.jpg)
.jpg)





















