Region
Putin Türkiyəyə nə zaman səfər edəcək?
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfərinin 2026-cı ildə baş tutacağı gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə "RIA Novosti"yə Türkiyədəki diplomatik mənbə məlumat verib.
“Mənbə bildirib ki, Rusiya liderinə dəvət ən yüksək səviyyədə səsləndirilib. Biz bu səfəri gözləyirik və ümid edirik ki, o, gələn il reallaşacaq”, – deyə agentliyin həmsöhbəti bildirib.
O qeyd edib ki, səfərin dəqiq tarixləri hələ müəyyənləşdirilməyib.
Dekabrın 12-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Türkiyəyə səfər üçün qüvvədə olan dəvətin olduğunu açıqlayıb. Onun sözlərinə görə, imkan yarandığı halda belə bir səfər təşkil ediləcək.
Peskov vurğulayıb ki, iki ölkənin liderləri “ünsiyyət çatışmazlığından əziyyət çəkmirlər”. Bundan əlavə, Rusiya ilə Türkiyə arasında üçüncü ölkələrin təzyiqlərinə qarşı durmağa imkan verən “çoxşaxəli münasibətlər” mövcuddur.
Hüseyn İbadlı
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar















.jpg)


















