Türkiyədə TƏYYARƏ QƏZASI - Liviya ordusunun Baş Qərargah rəisi və 4 nəfər... (YENİLƏNDİ)
Bizi izləyin

Region

Türkiyədə TƏYYARƏ QƏZASI - Liviya ordusunun Baş Qərargah rəisi və 4 nəfər... (YENİLƏNDİ)

“Ankara Esenboğa Hava Limanından Tripoli istiqamətinə uçmaq üçün qalxan təyyarənin qalıqları Haymana rayonunun Kesikkavak kəndindən 2 km cənubda, Jandarma tərəfindən aşkar edilib”

Publika.az xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında yazıb.

"Saat 20:45 radələrində rayonumuzun hər yerindən çox güclü partlayış səsi gəldi. Hazırda axtarışlar davam edir. Biz də axtarış aparılan əraziyə yollanırıq", - 24 TV"yə eksklüziv açıqlama verən Haymana Bələdiyyə Başçısı Levent Koç isə bildirib.

Xatırladaq ki, Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad bu gün Ankaraya, Baş Qərargah Rəisi Orgeneral Selçuk Bayraktaroğlunun rəsmi dəvəti ilə gəlmişdi.

İddialara görə, Liviya Baş Qərargah Rəisini daşıyan və Ankaradan havaya qalxan xüsusi təyyarədə elektrik nasazlığı baş verib. Nasazlıq barədə məlumat qülləyə verildikdən sonra təyyarənin geri dönərək təcili eniş üçün siqnal verdiyi bildirilir.

xxx

23:12 - 23.12.25

Ankara Esenboğa Hava Limanından qalxan xüsusi təyyarə ilə radio və radar əlaqəsi kəsilib.

Publika.az xəbər verir ki, bu barədə "Star" məlumat yayıb.

Hadisə Haymana rayonunun yaxınlığında baş verib və yerli sakinlər şiddətli səs eşitdiklərini bildiriblər.

Məlumata görə, fövqəladə hallara hazırlıq üzrə müvafiq qurumlar hadisə yerinə cəlb olunub və ilkin araşdırma başlayıb.

Təyyarənin növü, sərnişin sayı və digər texniki detallar hələlik açıqlanmayıb, lakin müvafiq orqanlar hadisənin səbəbini müəyyən etmək üçün dərin araşdırma aparırlar.

Radar əlaqəsinin itməsi və eşidilən güclü səs uçuş təhlükəsizliyi üçün ciddi siqnal hesab olunur.

Daxili İşlər naziri Əli Yerlikaya məsələ ilə bağlı açıqlama verib:

"Bu axşam saat 20:52-də Ankara Esenboğa Hava Limanından saat 20:10-da Tripoliyə uçan 9H-DFJ nömrəli Falcon 50 biznes təyyarəsi ilə əlaqə kəsilib.

Haymana yaxınlığındakı təyyarədən təcili eniş tələbi alınıb, lakin sonradan təyyarə ilə əlaqə kəsilib.

Təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla beş sərnişin var.

Hadisələrin gedişatı barədə ictimaiyyət məlumatlandırılacaq", - bildirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm