Region
Türkiyədə qəzaya uğrayan təyyarə ilə bağlı YENİ DETALLAR - 37 ildir ki...
Ankara yaxınlığında qəzaya uğrayan və Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini daşıyan "Falcon 50" təyyarəsi Maltada qeydiyyatdan keçmiş aviaşirkətə məxsus idi və 37 ildir ki, uçuşlar həyata keçirirdi.
Publika.az xəbər verir ki, bu barədə Avropa Birliyi aviasiya dairələrindəki mənbə TASS-a bildirib.
Qeyd edilib ki, qəzaya uğrayan təyyarə maltalı aviaşirkət tərəfindən biznes-aviasiya çarter marşrutlarında istismar olunurdu. Hava gəmisinin ilk uçuşu 1988-ci ildə həyata keçirilib. "Falcon 50" 2022-ci ilin yayında texniki baxışdan keçib. Təyyarə demək olar ki, hər gün Avropa İttifaqı daxilində, həmçinin Yaxın Şərq və Afrika ölkələrinə uçuşlar edirdi.
Dekabrın 23-də Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad və daha dörd nəfəri daşıyan təyyarənin Türkiyədə qəzaya uğradığı bildirilib. Təyyarənin qalıqları Ankaranın Esenboğa Beynəlxalq Hava Limanı yaxınlığındakı Haymana rayonunda geniş bir əraziyə səpələnmiş şəkildə tapılıb.
Hüseyn İbadlı
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu












.webp)

.jpg)






















