Region
Moskvadan İrəvana növbəti xəbərdarlıq: Rusiyaya qarşı aqressiv olan...
Aİ-yə qoşulmaq qərarı Ermənistan xalqının seçimidir, lakin İrəvan iqtisadi birlikdən hərbi-siyasi birliyə çevrilən Avropa İttifaqının dəyişən təbiətini nəzərə almalıdır.
Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
“Əgər onlar nə vaxtsa rəsmi olaraq bu cür danışıqlara başlasalar, bu, uzun illər çəkəcək. Əlbəttə ki, Avropa İttifaqının özünün dinamikasına, nəyə çevrildiyinə baxmalıyıq. Bu gün Avropa Komissiyasından və Brüsseldən gələn bəyanatları izləməliyik. Bu bəyanatlar Avropa İttifaqının iqtisadi birlikdən hərbi-siyasi birliyə çevrilməsi ilə bağlıdır. Bunu da nəzərə almaq lazımdır. Avropa İttifaqının mahiyyəti gözümüzün qabağında dəyişir”, - deyə o qeyd edib.
"Ermənilər hazırda Rusiya Federasiyasına qarşı çox aqressiv mövqedə olan hərbi-siyasi ittifaqa qoşulmağa hazırdırlarmı? Bəlkə də ermənilər də özlərinə bu sualı verməli olacaqlar. Hər halda, əlbəttə ki, dəfələrlə bildirilib ki, bu və ya digər inteqrasiya birliyinin lehinə seçim həmişə erməni xalqının seçimidir", - deyə Rusiya Baş nazirinin müavini əlavə edib.
“Və burada, əlbəttə ki, müəyyən bir məqamda bəzi qərarlar qəbul edilməlidir, çünki həqiqətən də bu, həm burada, həm də Ermənistanda çox müzakirə olunub, Nikol Vovayeviç (Paşinyan) bu barədə danışıb: hamı başa düşür ki, Ermənistan eyni vaxtda iki inteqrasiya birliyinin üzvü ola bilməz. Buna görə də, əgər belə bir seçim nə vaxtsa edilərsə, bu, Avropa İttifaqının dəyişən təbiətində bu gün gördüyümüz dinamika nəzərə alınmaqla hərtərəfli bir seçim olacaq”, - deyə Overçuk yekunlaşdırıb.
Tural
-
Region11:58Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
Magazin211:26Castin Biberin həyat yoldaşı geyimi ilə gündəm oldu - FOTO
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Avropa10:57Bütün Almaniya onu axtarır - Kansler "sərt şəkildə cəzalandırılacaq!" dedi
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
































