Region
SEPAH iki neft tankerini ələ keçirdi
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yanacaq qaçaqmalçılığı şübhəsi ilə Fars körfəzi sularında xarici ekipajlı iki neft tankerini saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Al Arabiya"ya istinadla "Tasnim" informasiya agentliyi məlumat yayıb.
Hadisə, Tehranın hökumət əleyhinə etirazları sərt şəkildə yatırmasına cavab olaraq ABŞ-ın regiona hərbi-dəniz qrupu göndərməsindən sonra gərginliyin artdığı bir vaxtda baş verib.
"Hər iki gəminin göyərtəsində bir milyon litrdən çox qaçaqmal yanacaq aşkar edilib. Ümumilikdə 15 xarici ekipaj üzvü məhkəməyə təhvil verilib", - xəbərdə deyilir.
Gəmilər İranın Fars adası yaxınlığında ələ keçirilib. SEPAH-ın bəyanatına görə, tankerlər "bir neçə ay idi ki, qaçaqmalçılıqla məşğul idilər və hərbi-dəniz qüvvələrinin müşahidə, təqib və kəşfiyyat əməliyyatları nəticəsində müəyyən edilərək saxlanılıblar".
Qeyd edək ki, fevralın 3-də İran qüvvələrinin Hörmüz boğazında ABŞ bayrağı altında üzən tankeri ələ keçirməyə cəhd etdiyi barədə məlumat yayılmışdı.
Hüseyn İbadlı
-
Region11:58Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
Magazin211:26Castin Biberin həyat yoldaşı geyimi ilə gündəm oldu - FOTO
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Avropa10:57Bütün Almaniya onu axtarır - Kansler "sərt şəkildə cəzalandırılacaq!" dedi
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
































