Region
Nə qədər ki, diplomatiyanın qapısı açıqdır, ümid var - Ərdoğan
İrana qarşı yeni müharibə regiona fayda verməyəcək, əksinə, uduzan tərəf olacaq.
Publika.az xəbər veri ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran və ABŞ arasındakı gərginliklə bağlı fikirlərini açıqlayarkən deyib.
"İran və ABŞ arasındakı problemlərin dialoq yolu ilə həll olunmasını istəyirik. Hər iki ölkə ilə yüksək səviyyəli əlaqələr saxlayırıq", - deyə Türkiyə lideri bildirib və əlavə edib ki, İran və ABŞ prezidentləri ilə telefon danışıqları aparıb.
"Biz divarlar tikmirik və ya münaqişələri qızışdırmırıq; əksinə, körpülər qururuq və sülh üçün təməl yaradırıq. İrana qarşı yeni müharibə heç kimə heç bir fayda gətirməyəcək; əksinə, bölgəmiz yalnız uduzacaq. Biz sülhün tərəfində qalırıq və bu məsələyə müsbət ümidlərlə yanaşırıq. Bu cür hərbi eskalasiyanın və gərginliyin artmasının bölgəmizdə daha böyük qeyri-müəyyənliyə səbəb olacağını izah etməyə davam edəcəyik. Nə qədər ki, diplomatiyanın qapısı açıqdır, ümid var. Biz bu ümidi qoruyub saxlayacağıq və gücləndirəcəyik", - deyə Ərdoğan əlavə edib.
Adəm
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa25 İyul 19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi





















.jpg)













