Region
Ermənistanda da ət bahalaşdı: Səbəbi nədir?
Ermənistanda mal ətinin qiymətində kəskin artım qeydə alınıb. Sahibkar və fermer Arutyun Mnatsakanyan bu artımın əsas səbəbləri kimi ölkədə mal-qara sürüsünün azalmasını və Qazaxıstan tərəfindən ət ixracına tətbiq edilən müvəqqəti embarqonu göstərib.
Publika.az xəbər verir ki, bu barədə o, "Sputnik Ermənistan"a müsahibəsində danışıb.
Qiymətlər 12 faizə qədər artıb
Qeyd edək ki, 2026-cı ilin əvvəlindən etibarən Ermənistanda mal əti bazarında ciddi bahalaşma müşahidə olunur. Yanvar ayının məlumatına görə, mal ətinin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 11,7-12,8 faiz artıb. Sosial şəbəkələrdə yayılan proqnozlara əsasən, qiymət artımı tələbatla deyil, məhz təklif çatışmazlığı ilə bağlıdır və yaxın aylarda davam edə bilər.
“Bu gün alış-veriş zamanı gördüm ki, demək olar hər yerdə mal ətinin kiloqramı 200 dramdan (85 qəpik) artıq bahalaşıb”, - deyə Mnatsakanyan qeyd edib.
Fermer vurğulayıb ki, vəziyyəti qısa müddətdə sabitləşdirmək asan olmayacaq. Onun sözlərinə görə, mal-qaranın artımı donuzlardan fərqli olaraq azalıb. Buna görə də xəstəlik və ya digər səbəblərlə sürü azaldıqda, onun əvvəlki səviyyəyə qaytarılması uzun zaman tələb edir.
Qiymət artımının gələcək dinamikası qeyri-müəyyəndir
Mnatsakanyan yaxın aylarda qiymətlərin nə qədər artacağını dəqiq proqnozlaşdırmağın çətin olduğunu bildirib. Onun sözlərinə görə, bu, Ermənistanın hansı ölkələrdən ət idxal etməsindən, pərakəndə satıcıların tətbiq etdiyi mənfəət marjasından və hökumətin inflyasiyanın qarşısını almaq üçün atacağı addımlardan asılı olacaq.
Qeyd edək ki, Ermənistan hazırda Rusiya, Belarus və Hindistandan ət idxal edir.
Adəm
-
Elm və təhsil16:44Qəbul imtahanının nəticələri açıqlandı
-
Nida Xəbər 14:58AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib - Lavrov
-
Nida Xəbər 13:43Azərbaycanın döyüş təyyarələri səmaya qalxdı - FOTO
-
Nida Xəbər 12:51Baş nazir Samir Şərifovu sədr - TƏYİN ETDİ
-
Dünya12:18Biz həmişə izləyirik: “Ağıllı eynək”lərə qarşı etiraz
-
İdman12:12Mahrezin həyat yoldaşı: Ona görə boşanmalı olub - FOTOLAR
-
Region12:00Xalqın mentaliteti dəyişməlidir: Ermənistanda demoqrafik böhranın səbəbi açıqlandı
-
Rəsmi xronika11:20Prezident Braziliya səfirinin etimadnaməsini qəbul etdi

















.webp)





















