Region
Urmiya gölündə suyun səviyyəsi qalxdı
2026-cı ilin fevral ayında Urmiya gölündə suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 62-68 santimetr artıb ki, bu da hidroloji şəraitin əhəmiyyətli dərəcədə yaxşılaşdığını göstərir.
Publika.az-ın "Mehr" agentliyinə istinadən xəbərinə görə, bu barədə regional hakimiyyət orqanlarından məlumat verilib.
Şərqi Azərbaycan əyalətindəki Kənd Təsərrüfatı və Təbii Sərvətlər üzrə Elmi-Tədqiqat və Təlim Mərkəzinin rəhbəri Əhməd Baybordinin sözlərinə görə, suyun səviyyəsinin artması ilə yanaşı, gölün səth sahəsi də xeyli genişlənərək 870-900 kvadratkilometrə (ötən il 481 kvadrat kilometr olub) çatıb.
Əhməd Baybordi bu müsbət tendensiyanı yağıntı səviyyəsinin uzunmüddətli orta göstəricisini 70-115 faiz üstələməsi, eləcə də çaya saniyədə təxminən 22 kubmetrə qədər su axını ilə əlaqələndirib.
O vurğulayıb ki, son iqlim şərtləri vəziyyəti yaxşılaşdırsa da, suyun mövcud səviyyəsi uzunmüddətli orta göstəricidən təxminən dörd metr aşağıda qalır.
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?







.jpg)































