Region
Anar Əlizadənin Bodrumdakı lüks yaxtaları yandı
Türkiyənin Muğla vilayətinin Bodrum rayonundakı Yalıkavak marinasında lövbər salan 8 motorlu yaxtada yanğın baş verib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, yaxtada naməlum səbəbdən başlayan yanğın yaxınlıqdakı qayıqlara da keçib.
Güclü külək yanğının digər yaxtalara da keçməsinə səbəb olub.
Yalıkavak limanının və yanan yaxtaların "Socar Trading"in təsisçisi və keçmiş prezidenti Anar Əlizadəyə məxsus olduğu bildirilir.
Sahil mühafizəsi tərəfindən yanğın söndürülüb. Yanğının söndürülməsinə 8 su tankeri və təxminən 30 yanğınsöndürən cəlb edilib.
Təxminən üç saat davam edən yanğın nəticəsində 6 yaxta batıb, digər 2 yaxtaya isə ciddi şəkildə ziyan dəyib. Yanan və batan lüks motorlu yaxtaların uzunluğunun 20-30 metr olduğu bildirilib.
Yanğın zamanı yaxtalardakı qaz balonlarının və yanacaq çənlərinin partlaması panikaya səbəb olub.
Yanğının başladığı yaxtadakı heyət üzvü pəncərələrdən özlərini dənizə ataraq xilas ola biliblər.
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi


































.jpg)
