Region
İrandan ŞOK İDDİA - “Ən azı 600-800 amerikalı...”
“Ən minimal qiymətləndirmələrə görə, amerikalılar arasında 600-800 ölü və təxminən 5000 yaralı var”.
Publika.az "Pars Today"ə istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndəsi Sərdar Şekarçi bildirib.
O qeyd edib ki, komandanlıq qərargahına, baş nazirin görüş yerinə, nüvə tədqiqatları mərkəzinə, həmçinin İsrailin çoxsaylı strateji və tədqiqat xarakterli müdafiə sənayesi obyektlərinə zərbələr endirilib və onlar ciddi itkilər veriblər. O xatırladıb ki, İsrail təxminən 9000 yaralı barədə məlumat verib.
"Onlar ümumiyyətlə heç bir ölüm halı barədə xəbər vermirlər və yalnız yaralılardan danışırlar. Sanki bizim çoxtonluq raketlərimiz öldürmək iqtidarında deyil, yalnız yaralaya bilər", — deyə media Şekarçinin sözlərindən sitat gətirib.
İran Silahlı Qüvvələrinin rəsmisi həmçinin bildirib ki, İsraildə təxminən 17 min 683 nəfər dəymiş ziyana görə kompensasiya üçün sığorta iddiaları irəli sürüb.
"Bir nümunə: amerikalı komandirlərin istifadə etdiyi mehmanxanaya zərbə endirilib, nəticədə 160 nəfər ölüb və yaralanıb. Heç bir müsəlman və ya yerli sakin zərər çəkməyib, çünki oteldən amerikalılar istifadə edirdi. Təkcə həmin mehmanxanada 100 ölü və 60 yaralı var idi. Bir gün ərzində Bəhreyndəki beşinci hərbi dəniz bazasından ölənləri və yaralıları daşımaq üçün 100-dən çox hava və quru tibbi təxliyəsi həyata keçirilib", — deyə Şekarçi vurğulayıb.
Hüseyn İbadlı
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər




































.jpg)
