Region
Ankaradan tankerə hücumla bağlı SƏRT BƏYANAT
Qara dənizdə Rusiya neftini daşıyan Türkiyəyə məxsus "Altura" tankerinə edilən hücum beynəlxalq hüququn pozulmasıdır.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadla nazirliyin rəsmi nümayəndəsi Öncü Keçeli məlumat verib.
Onun sözlərinə görə, Türkiyə tərəfi sözügedən hücuma böyük narahatlıqla yanaşır. Diplomat qeyd edib ki, Türkiyənin Qara dənizdəki müstəsna iqtisadi zonası daxilində baş verən və beynəlxalq hüququ pozan bu və buna bənzər hücumlar regionda həyat, əmlak, gəmiçilik və ekoloji təhlükəsizlik üçün ciddi təhlükə yaradır. O həmçinin əlavə edib ki, Ankara respublikanın regiondakı iqtisadi maraqlarını və fəaliyyətini qorumaq üçün beynəlxalq hüquq çərçivəsində zəruri tədbirlər görmək hüququnu özündə saxlayır".
Martın 26-da Qara dənizdə 140 min ton Rusiya "Urals" markalı neftini daşıyan, Sierra-Leone bayrağı altında üzən Türkiyənin "Altura" tankeri hücuma məruz qalıb. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, gəmiyə zərbə, çox güman ki, pilotsuz kater vasitəsilə endirilib - həm də tankeri sıradan çıxarmaq üçün qəsdən maşın bölməsi hədəf alınıb. O həmçinin qeyd edib ki, hücum Ukraynadakı münaqişə ilə bağlı ola bilər.
"Marinetraffic" servisinin məlumatına görə, gəmi Novorossiyskdən İstanbula doğru hərəkət edirmiş. Hadisə Qara dənizdə, Bosfor boğazına girişdən 24 km məsafədə baş verib. Partlayış nəticəsində kapitan körpüsü və maşın bölməsi zədələnib. 27 Türkiyə vətəndaşından ibarət "Altura" heyəti xəsarət almayıb.
Hüseyn İbadlı
-
Nəqliyyat21:36Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
-
Magazin221:24Monika Belluççinin qızı sinə dekolteli, uzun yarıqlı libasda - FOTO
-
Dünya20:48Güclü külək kişini 50 metr havaya qaldırdı
-
Magazin219:48Manaf Ağayev xanımı ilə belə görüntüləndi - VİDEO
-
Avropa19:00Anadan türkürpədən cəza üsulu - Altı yaşlı qızını məcbur edib ki...
-
Sosial17:42Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika16:20İlham Əliyev fərman imzaladı
-
Region15:24Ermənistanda bu kəndlərdə məktəblər bağlanır, əvəzində avtobuslar olacaq































.jpg)

