Region
“İrandakı yüksək vəzifəli məmurları aradan götürməyə davam edəcəyik”
İsrail bundan sonra da yüksək rütbəli İran hərbçilərinin və rəsmilərinin aradan qaldırılması üzrə nöqtəvi əməliyyatları həyata keçirməyi planlaşdırır.
Publia.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçüsü briqada generalı Efi Defrin bildirib.
Brifinq zamanı o, Bəndər-Abbasa endirilən son zərbələrdən birinin nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsirinin məhv edildiyi barədə məlumatı bir daha təsdiqləyib.
Daha əvvəl İsrailin müdafiə naziri İsrael Kats və Pentaqonun rəhbəri Pit Heqset analoji bəyanatlarla çıxış etmişdilər.
Defrinin sözlərinə görə, Təngsiri təkcə Hörmüz boğazının qismən bloklanmasında iştirak etməyib, həm də guya "İsrailin məhv edilməsi planlarının" işlənib hazırlanmasına cəlb olunub.
"Məhvetmələr dayandırılmayacaq. Biz İsrail üçün təhlükə yaradan hər kəsi təqib etməyə davam edəcəyik", - general vurğulayıb.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Daha əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.
-
Nəqliyyat21:36Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
-
Magazin221:24Monika Belluççinin qızı sinə dekolteli, uzun yarıqlı libasda - FOTO
-
Dünya20:48Güclü külək kişini 50 metr havaya qaldırdı
-
Magazin219:48Manaf Ağayev xanımı ilə belə görüntüləndi - VİDEO
-
Avropa19:00Anadan türkürpədən cəza üsulu - Altı yaşlı qızını məcbur edib ki...
-
Sosial17:42Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika16:20İlham Əliyev fərman imzaladı
-
Region15:24Ermənistanda bu kəndlərdə məktəblər bağlanır, əvəzində avtobuslar olacaq































.jpg)

