Region
Vilayəti hədələdi - “Fars körfəzi qisas mərkəzinə çevriləcək”
“İrana qarşı hərbi əməliyyatlarda iştirak edən istənilən ölkə "bumeranq effekti" ilə üzləşəcək”.
Publika.az “İRNA”ya istinadla xəbər verir ki, bununla bağlı İranın ali rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti xəbərdarlıq edib.
"İrana qarşı hərbi təcavüzdə hər hansı iştirak qaçılmaz olaraq bumeranq effekti ilə buna cəlb olunanların özünə qayıdacaq", - deyə Vilayəti vurğulayıb.
Onun fikrincə, Fars körfəzi qisas mərkəzinə çevriləcək.
"Fars körfəzinin coğrafiyası nəticəsiz qala bilməz", - deyə ali rəhbərin baş müşaviri bildirib.
Vilayəti əlavə edib ki, qaçılmaz olaraq hadisələr baş verəcək və bu, İranın milli təhlükəsizliyini təhdid edənlərə zərər vuracaq.
İxtisasca həkim olan və 35 kitabın müəllifi olan Əli Əkbər Vilayəti 1981-1997-ci illərdə (İran prezidentləri Əli Xameneinin və Haşimi Rəfsancaninin dövründə) ölkənin xarici işlər naziri vəzifəsini tutub.
Hüseyn İbadlı
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər




































.jpg)
