Region
İsrail ordusu Tehranın mərkəzinə silsilə zərbələr endirdi
İsrail Müdafiə Qüvvələri (İDF) İranın paytaxtı Tehranın mərkəzinə silsilə zərbələr endirib.
Publika.az xəbər verir ki, bu barədə İDF-nin "Telegram" kanalında məlumat verilib.
"Bu yaxınlarda İDF Tehranın mərkəzində İran terror rejiminin infrastrukturuna qarşı genişmiqyaslı zərbələr seriyasını tamamlayıb. Təfərrüatlar daha sonra açıqlanacaq", - deyə məlumatda bildirilir.
"Al Jazeera"nın məlumatına görə, İranın Urmiya şəhərində yaşayış massivi də zərbəyə məruz qalıb, dörd yaşayış binası tamamilə dağılıb, xəsarət alanlar var.
Bundan əvvəl İran Yaxın Şərqdəki əsas Amerika və İsrail hərbi obyektlərinə qarşı 83-cü dalğa zərbələrin başladığını elan etmişdi. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) raketlər və zərbə pilotsuz aparatları vasitəsilə İsrailin mərkəzi hissəsindəki Modiin şəhəri yaxınlığında yerləşən hərbi mövqelərinə zərbələr endirdiyini bəyan edib.
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər




































.jpg)
