Region
Gürcüstan Azərbaycanla sərhəddəki kəmərin yerini dəyişir - Ermənistan xahiş edib
Ermənistanın xahişi ilə Gürcüstan və Ermənistanı birləşdirən qaz kəmərinin 5,5 kilometrlik hissəsi köçürüləcək.
Publika.az “Sputnik Georgia”ya istinadla xəbər verir ki, müvafiq ərizə artıq Gürcüstan Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinə təqdim edilib.
Sənədlərə görə, boru kəmərinin yerinin dəyişdirilməsi Ermənistan tərəfinin xahişi ilə bağlıdır, çünki boru kəmərinin Ermənistan hissəsi üçtərəfli Gürcüstan-Ermənistan-Azərbaycan sərhəd zonasında yerləşir və 1990-cı illərdə minalanıb.
Köçürülmənin əsaslandırılmasında deyilir: "Bu hissədə minimum təhlükəsizlik standartlarına riayət etməyin və təmir işlərinin aparılmasının mümkün olmadığı nəzərə alınaraq, üçtərəfli dövlətlərarası razılaşma əsasında qaz kəmərinin yuxarıda qeyd olunan problemli hissəsinin minalanmış zonadan çıxarılması və təhlükəsiz məsafədə yeni qaz kəmərinin çəkilməsi qərara alınıb".
Gürcüstandan gələn boru kəməri Ermənistana təbii qaz tədarükünün əsas marşrutlarından biridir. Ermənistan Rusiyadan qazı Gürcüstan tranzit infrastrukturu vasitəsilə alır.
Tural
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər




































.jpg)
