Region
İran ABŞ-ı HƏDƏLƏDİ - Tehranın qəzəbi regionu aşacaq
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a "qırmızı xətləri" keçməməklə bağlı xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"Əgər ABŞ-ın terrorçu ordusu 'qırmızı xətləri' keçərsə, cavabımız regionun hüdudlarından kənara çıxacaq", - deyə SEPAH-ın bəyanatında bildirilir.
Hərbi birləşmədən vurğulanıb ki, İran "ABŞ və müttəfiqlərini regionun neft və qazından illərlə məhrum edəcək" addımlar atacaq.
Aprelin 6-da İran ABŞ-ın 45 günlük atəşkəs təşəbbüsünü rədd edib və münaqişənin nizamlanması üzrə təkliflərdən ibarət 10 bəndlik öz sənədini göndərib. Tələblər arasında sanksiyaların ləğvi və Hörmüz boğazından keçid üçün yeni qaydaların tətbiqi yer alır. ABŞ Prezidenti bu təklifləri "kifayət qədər yaxşı deyil" adlandırıb və Tehranın 48 saat ərzində Vaşinqtonla sövdələşməyə getməyəcəyi və ya Hörmüz boğazını açmayacağı təqdirdə İrana "cəhənnəmi yaşadacağı" ilə hədələyib.
Fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Cavab olaraq Tehran İsrailə, eləcə də ABŞ-ın Yaxın Şərqdəki, o cümlədən Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və BƏƏ-dəki bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
Hüseyn İbadlı
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq





















.jpg)














.jpg)