Region
Paşinyan rus dili kursuna gedir
Ermənistanın Baş naziri Nikol Paşinyan əlavə rus dili kurslarına gedir.
Publika.az xəbər verir ki, Paşinyan bunu dövlət qulluqçularının fəaliyyətinin yaxşılaşdırılmasına görə mükafatlandırılması haqqında qanun layihəsinin müzakirə olunduğu hökumət iclasında açıqlayıb.
Əmək və Sosial Məsələlər Naziri Arsen Torosyanın sözlərinə görə, daha səmərəli işləmək üçün dövlət qulluqçuları xarici dilləri, ilk növbədə ingilis dilini öyrənməlidirlər ki, bunsuz məmurlar üçün beynəlxalq ünsiyyət mümkün deyil.
O, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə xarici dil biliyi tələbinin daxil edilməsini təklif edib.
"Niyə yalnız ingilis dili? Məsələn, mən hazırda Dövlət İdarəçilik Akademiyasında rus dili dərslərində iştirak edirəm. Digərləri yapon, çin, ispan və ya alman dillərində dərslər keçə bilərlər", - baş nazir bildirib.
O, cəmiyyəti (xüsusən də oğlanları və gənc kişiləri) təhsili utancverici hesab edən cinayətkar submədəniyyətə xas olan anlayışlardan qurtarmağın vacibliyini qeyd etdi. Baş nazirin fikrincə, buna görə də kişilər Ermənistan əmək bazarında rəqabət qabiliyyətini itirirlər.
Müəllif: Tural
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama








.jpg)



























