Region
İrəvanla Moskva arasında dəmir yolu münaqişəsi: Paşinyan Putindən nə tələb edəcək?
İrəvan Ermənistan Dəmir Yolunun rəqabət qabiliyyətini təmin etmək üçün Rusiya Dəmir Yollarından investisiyalar gözləyir.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumət brifinqi zamanı bildirib.
O etiraf edib ki, bu məsələ Rusiyaya səfəri zamanı Vladimir Putinlə müzakirə olunacaq (Paşinyan dekabr ayında Rusiyaya üç dəfə - 3, 11 və 22-də səfər edəcək).
“İndi cavab tələb edən sual budur: Ermənistan Dəmir Yollarının modernləşdirilməsi üçün böyük investisiyaya ehtiyacı var. Rusiya Dəmir Yollarının rəhbəri gələndə dedim ki, bizə konkret cavablar lazımdır və bu məqsədlə işçi qrup yaradılıb. Əslində sual budur ki, Rusiya Dəmir Yolları Ermənistan Dəmir Yollarını tələb olunan rəqabət səviyyəsinə qaldırmaq üçün lazımi məbləğdə investisiya qoymağa hazırdırmı? Əgər hazırdırlarsa, çox yaxşıdır. Əgər hazır deyilsə, onda Ermənistan yeni investorlar tapmalıdır”, - deyə Paşinyan bildirib.
Dəmir yolu məsələləri üzrə Ermənistan-Rusiya işçi qrupunun ilk iclası noyabrın 17-də İrəvanda keçirilib.
Müəllif: Tural
-
Rəsmi xronika13:56İlham Əliyev Vyetnama gedəcək
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI
-
Elm və təhsil12:24DİM-in yeni sədri bu şəxs olacaq? - FOTO
-
Region12:22Ermənistanda siyasi savaş qızışır: Simonyandan müxalifətə sərt mesaj - Darmadağın edəcəyik
-
Sosial11:22Pensiyalarla bağlı vacib xəbər - Ödənişlərin tarixi açıqlandı
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun
-
ABŞ10:46Həmin çevrilişi ABŞ təşkil edib - Mask "açdı sandığı, tökdü pambığı"
-
Nida Xəbər 10:15Simonyan bu tarixdə Azərbaycana gələcək - Rəsmən açıqlandı






































.png)