Region
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
Macarıstan və Türkiyə hökumətlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addımlar atır.
Publika.az xəbər verir ki, Macarıstanın Baş nazirinin müavini və xarici işlər naziri Anita Orban Ankarada türk həmkarı Hakan Fidanla görüşdən sonra iki ölkənin xarici siyasət idarələri arasında sistemli əməkdaşlığın bərpa ediləcəyini bildirib. Görüş Macarıstanda yeni hökumətin fəaliyyətə başlamasından sonra xarici işlər nazirləri səviyyəsində keçirilən ilk danışıqlar olub.
Tərəflər təhlükəsizlik siyasəti üzrə yeni dialoqun yaradılması, enerji sahəsində əməkdaşlığın davam etdirilməsi, iqtisadi və müdafiə sənayesi əlaqələrinin gücləndirilməsi barədə razılığa gəliblər.
Macarıstan Avropa İttifaqı ilə bağlı məsələlərdə Türkiyəyə praktiki dəstək göstərəcək. Bu çərçivədə Macarıstan ekspertləri TAIEX proqramı vasitəsilə türkiyəli mütəxəssislərlə bilik və təcrübələrini bölüşəcəklər.
Tərəflər nəqliyyat əlaqələrinin genişləndirilməsini də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdiriblər. Budapeşt-Ankara birbaşa aviareysi 2026-cı ilin aprelindən fəaliyyət göstərir. Yeni aviasiya sazişinin qüvvəyə minməsi ilə uçuşların daha da artacağı gözlənilir.
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR














.png)


.jpg)




















