Erməni nazirdən gözlənilməz qərar - Moskvaya getmədi
Bizi izləyin

Region

Erməni nazirdən gözlənilməz qərar - Moskvaya getmədi

Erməni nazirdən gözlənilməz qərar - Moskvaya getmədi

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan noyabrın 18-19-da Moskvada keçirilməsi planlaşdırılan Avrasiya İqtisadi İttifaqının (Aİİ) ticarət siyasəti üzrə məsləhətləşmələrdə iştirak etməyəcək.

Publika.az xəbər verir ki, bu barədə nazir parlamentdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, iki ölkənin dəvət olunmuş naziri son anda görüşə qatıla bilmədiyi üçün tədbirin nazirlər səviyyəsində keçirilməsi ləğv olunub. Danışıqları Moskvaya gedən nazir müavinləri davam etdirəcəklər.

Papoyan görüşün Ermənistan-Rusiya münasibətlərinə deyil, Aİİ-nin yeni gömrük və tarif siyasətinə həsr olunduğunu vurğulayıb.

Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlərə toxunan nazir problemin tezliklə müsbət həllinə çalışdıqlarını bildirib. O, İrəvanın Moskva ilə sıx iqtisadi və siyasi əlaqələri qorumaq niyyətində olduğunu da qeyd edib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm