İraq Türkiyəyə xam neft nəqlini bərpa etdi
Bizi izləyin

Region

İraq Türkiyəyə xam neft nəqlini bərpa etdi

İraq Türkiyəyə xam neft nəqlini bərpa etdi

Hörmüz böhranı fonunda İraq 2014-cü ildən fəaliyyəti dayandırılmış Kərkük-Ceyhan neft kəməri vasitəsilə Türkiyəyə xam neft nəqlini bərpa edib.

Publika.az xəbər verir ki, bu barədə İraqın neft naziri Bəsim Xudeyr əl-Abadi bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə kəmər vasitəsilə gündəlik 120 min barel neft nəql ediləcək. Gələcəkdə bu həcmin 500 min barelə çatdırılması planlaşdırılır.

Kəmərin yenidən istifadəyə verilməsi İraqın şimalından neft ixracı üçün əlavə marşrut yaradacaq, ölkənin cənubdakı ixrac terminallarından və Hörmüz boğazından asılılığını azaldacaq.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm