Rəsmi xronika
AMEA-nın sabiq prezidenti buna görə İlham Əliyevə təşəkkür etdi - FOTO
“Mən Sizə müraciət etdim, Siz onların hamısını dərhal Akademiyaya qaytardınız”.
Publika.az xəbər verir ki, bu sözləri AMEA-nın sabiq prezidenti Akif Əlizadə president İlham Əliyevlə bügünkü görüşündə səsləndirib.
Prezident xatırladıb ki, o vaxt akademiyanın bəzi binaları başqa qurumlar tərəfindən zəbt edilmişdi. Binaları onlardan alıb akademiyaya qaytarıb: “Binaları zəbt edirdilər, özəlləşdirirdilər, onları sökmək istəyirdilər. Çünki yerlər şəhərin mərkəzində idi. Orada binalar tikmək istəyirdilər”.
Akif Əlizadə də bunun üçün prezidentə dərin minnətdarlığını bildirib:
“Bəli, tamamilə düzdür. Mən Sizə müraciət etdim, Siz onların hamısını dərhal akademiyaya qaytardınız. Sizə o böyük texnopark məsələsinə görə də təşəkkür edirəm. O, akademiyanın gələcəyidir. İndi bizim orada hərbi təyinatlı işlərimiz var. Müdafiə Nazirliyi ilə bizim müqaviləmiz var. Sonra Sərhəd Qoşunları, Kənd Təsərrüfatı Nazirliyi ilə bizim çox gözəl işlərimiz var.
Bütün alimlər adından Sizə təşəkkür edirəm. Hamısı razılıq bildirir, hamısı çalışır. Siz yaxşı bilirsiniz ki, indi əsas istiqamət, əlbəttə, innovativ elmdir, onun tətbiqidir. Tapşırıqlar verilibdir, əminəm ki, biz bu istiqamətdə bundan sonra da inkişaf edəcəyik. Bütün bunlara görə Sizə böyük təşəkkürümüz var”.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)





.jpg)


















.jpg)

.jpg)