Rəsmi xronika
Prezident: Azərbaycan və Türkiyə arasında əlaqələr dostluq-qardaşlıq üzərində qurulub
Azərbaycan və Türkiyə arasında əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulub.
Publika.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında deyib.
Dövlət başçısı bildirib:
"Hörmətli cənab Prezident, əziz qardaşım. Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana, doğma vətəninizə xoş gəlmisiniz. Sizin səfəriniz çox böyük önəm daşıyır. Bu gün təkbətək görüş əsnasında Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələrinin bir çox istiqamətlərini müzakirə etdik. Bir daha əmin olduq ki, aramızdakı əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulubdur.
Keçən il əlaqələrimiz üçün çox uğurlu olubdur. Biz Sizinlə bir neçə dəfə görüşmüşük. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edilib. Onların arasında əlbəttə ki, TANAP layihəsinin Avropa sərhədinə çatdırılmasını və digər layihələri qeyd etmək olar.
Bir sözlə, bu gün keçirilən Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısı əminəm ki, əlaqələrimizin gələcək inkişafı üçün çox önəmli olacaq. Gündəlikdə bir çox məsələlər vardır. Bu məsələlərin müzakirəsi və qəbul ediləcək qərarlar, eyni zamanda, imzalanacaq ikitərəfli sənədlər əlaqələrimizi böyük dərəcədə gücləndirəcək.
Bir daha xoş gəlmisiniz, Sizə və nümayəndə heyətinə, qardaş Türkiyə xalqına müvəffəqiyyətlər, uğurlar və cansağlığı arzulayıram".
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya12 Oktyabr 21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 12 Oktyabr 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika12 Oktyabr 15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 12 Oktyabr 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq



































