Rəsmi xronika
Prezidentdən manatla bağlı VACİB SƏRƏNCAM
Prezident İlham Əliyev Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, sərəncama əsasən yaradılan 4 İşçi Qrupundan biri də Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin rəhbərliyində çalışacaq.
Bu İşçi Qrupunun vəzifəsi pandemiya şəraitində Azərbaycan Respublikasında makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlər görülməsinə dair təkliflərin hazırlanmasıdır.
İşçi Qrupa pandemiyanın Azərbaycan Respublikasının bank sektoruna və makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsi tapşırılıb.
Həmçinin İşçi Qrupa göstəriş verilib ki, aşağıdakılarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin:
* Azərbaycan manatının məzənnəsinin və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi üçün həyata keçirilməli əlavə tədbirlər;
* ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması üçün həyata keçirilməli əlavə tədbirlər.
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz12 Avqust 16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər
-
Maraq dünyası12 Avqust 12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12 Avqust 12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı
-
Rəsmi xronika12 Avqust 11:23İlham Əliyev Zaur Əhmədovu səfir vəzifəsindən geri çağırdı



































