Dünya liderləri İlham Əliyevi təbrik edir
Bizi izləyin

Rəsmi xronika

Dünya liderləri İlham Əliyevi təbrik edir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Türk Şurası adından və şəxsən öz adımdan Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi qəbul etməyinizi xahiş edirəm.

1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk demokratik respublika kimi Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Zati-alinizin qətiyyətli liderliyi və müdrik siyasəti sayəsində daha da inkişaf edib, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirib və regionun lider ölkəsinə çevrilib.

Həmçinin Türk Şurasına daimi dəstəyinizi məmnuniyyətlə qeyd edərək bildirmək istərdim ki, Sizin sədrliyinizlə Bakıda keçirilən Türk Şurasının 7-ci Zirvə görüşünün, habelə COVID-19 pandemiyasına həsr olunmuş ilk fövqəladə Zirvə görüşünün nəticələri təşkilatımızın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və regional müstəvidə daha da cəlbedici platformaya çevrilməsinə təkan verib. Bu Zirvə görüşlərindən sonra təlimatlarınıza uyğun olaraq Türk Şurası çərçivəsində çoxşaxəli əməkdaşlıq istiqamətləri daha da genişlənərək enerji, kənd təsərrüfatı, səhiyyə və miqrasiya sahələrini də əhatə edib.

Eyni zamanda, xüsusilə vurğulamaq istərdim ki, bu il martın 31-də Türküstan şəhərində keçirilmiş qeyri-formal Zirvə görüşündə üzv dövlətlərimiz Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini təqdirlə qarşılayaraq münaqişənin təsirinə məruz qalmış ərazilərin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan Hökuməti və xalqı ilə həmrəy olduqlarını bir daha yekdilliklə ifadə ediblər.

Zati-alinizin liderliyi və qətiyyəti sayəsində Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizində yenidən yaradılacaq nəqliyyat, kommunikasiya, infrastruktur layihələrinin üzv dövlətlərimiz başda olmaqla, bütün region ölkələrinin iqtisadiyyatının inkişafına, sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə bir daha əmin olduğumu bildirmək istərdim.

Fürsətdən istifadə edərək, bu tarixi gün münasibətilə Zati-alinizə davamlı uğurlar arzulayır, bütün Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik diləyirəm".

xxx

Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Sizi Respublika Günü münasibətilə təbrik edir və Azərbaycan xalqına ən xoş rifah arzularımı çatdırıram.

Bu bayramı qeyd etdiyimiz ərəfədə COVID-I9 pandemiyasının hamımız üçün misli görünməmiş bir problem olduğunu etiraf etməliyəm. COVID-19 virusuna qarşı mübarizə istiqamətində birgə səylərimizi davam etdirməklə yanaşı, həm Sizə, həm hökumətinizə, eləcə də bütün Azərbaycan xalqına güc, cəsarət və cansağlığı diləyirəm".

xxx

Gürcüstanın Prezidenti Salome Zurabişvilidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.

Gürcü və Azərbaycan xalqları öz dövlətçiliklərini bərpa etmək üçün bir çox çətinlik və faciələrdən keçiblər, lakin bu gün ölkələrimiz qürurla güclü və azad dövlət qurmaqda davam edirlər.

Fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfəmi verməyə hazır olduğumu bir daha bildirirəm. Ümid edirəm ki, yaxın gələcəkdə Sizi Gürcüstanda qarşılayacağam və strateji tərəfdaşlığımızın daha da dərinləşməsi yollarını birlikdə müəyyənləşdirəcəyik.

Cənab Prezident, bir daha Sizə dərin ehtiramımı izhar edir, dost Azərbaycan xalqına sülh, əmin-amanlıq, cansağlığı və firavanlıq diləyirəm".

xxx

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-alinizə və Sizin timsalınızda dost xalqınıza ölkənizin milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Mən bu gözəl fürsətdən istifadə edərək qardaş ölkələrimizi bir-birinə bağlayan dostluq və əməkdaşlıq tellərini yüksək qiymətləndirdiyimi bildirir, qardaş xalqlarımızın qarşılıqlı maraqları naminə bu əlaqələrin bütün səviyyələrdə daha da inkişaf edəcəyinə ümidvar olduğumu vurğulamaq istəyirəm.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm”.

xxx

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

Cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Eyni zamanda, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini davam etdirmək istəyimi Sizə bir daha ifadə edirəm.

Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm