Putin İlham Əliyevə növbəti dəfə zəng etdi - Yeniləndi
Bizi izləyin

Rəsmi xronika

Putin İlham Əliyevə növbəti dəfə zəng etdi - Yeniləndi

Putin İlham Əliyevə növbəti dəfə zəng etdi - Yeniləndi

Rusiya Prezidenti Vladimir Putin dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı dövlət başçıları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər.

***

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Rusiya rəsmisinin sözlərinə görə, Putin və Əliyev bu gün telefon danışığı zamanı “Azərbaycan Hava Yolları” təyyarəsinin qəzaya uğraması ilə bağlı müxtəlif məsələlərin müzakirəsini davam etdirib.

Xatırladaq ki, Azərbaycan və Rusiya dövlət başçıları arasında ötən gün də telefon danışığı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm