Rəsmi xronika
İlham Əliyev gürcüstanlı naziri qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev Mariam Kvrivişviliyə nazir təyin olunması münasibətilə təbriklərini çatdıraraq, onun vəzifəsinin icrasına başlamasından qısa müddət sonra ölkəmizə səfərini sıx əməkdaşlığımızın göstəricisi kimi qiymətləndirdi.
Qonaqpərvərliyə və təbriklərə görə minnnətdarlığını bildirən Mariam Kvrivişvili dövlətimizin başçısı ilə görüşdən şərəf hissi keçirdiyini dedi.
Qonaq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İrakli Kobaxidzeyə çatdırmağı xahiş etdi.
Azərbaycan Prezidenti Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra İrakli Kobaxidzenin bu ilin yanvarında ilk xarici səfərini ölkəmizə etməsini məmnunluqla xatırlayaraq, bunun Azərbaycanla Gürcüstan arasında dostluğun və qardaşlığın nümunəsi olduğunu dedi.
Prezident İlham Əliyevin qlobal lider olduğunu vurğulayan Mariam Kvrivişvili dövlətimizin başçısının Gürcüstanda dost kimi qəbul olunduğunu qeyd etdi.
Söhbət zamanı müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələrimizin geniş gündəliyinin olduğu vurğulandı, Azərbaycanla Gürcüstan arasında enerji və nəqliyyat sahələrində qurulmuş əməkdaşlığın və həyata keçirilən birgə layihələrin yalnız ölkələrimiz deyil, daha geniş region üçün strateji əhəmiyyət kəsb etdiyi qeyd olundu. Bağlantı, enerji, ticarət, sərmayələr və digər sahələrdə ikitərəfli və çoxtərəfli formatda daha sıx əməkdaşlıq həyata keçirilməsinin önəminə toxunularaq, müxtəlif istiqamətlərdə münasibətlərimizin genişlənəcəyinə ümidvarlıq bildirdi.
Görüşdə Azərbaycanın Gürcüstanın əsas ticarət tərəfdaş olduğunu vurğulandı, ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın mövcudluğuna toxunuldu, iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi



















.jpg)

















