Rəsmi xronika
Azərbaycanda bu qanun təsdiqləndi
Prezident İlham Əliyev Mili Məclisin iyunun 24-də qəbul etdiyi “İstilik təchizatı haqqında” qanunu təsdiqləyib.
Publika.az xəbər verir ki, qanun dövlət başçısının imzaladığı “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” 29 aprel 2022-ci il tarixli sərəncamına uyğun hazırlanıb və qəbul olunub.
Qanunla istilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri, dövlət tənzimləməsinin əsas məqsədləri, dövlətin vəzifələri müəyyən edilir. Bundan əlavə, sənəddə istilik təchizatı sektorunda dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifələri təsbit edilir.
Qanuna əsasən, istilik təchizatı sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) balansında olan istilik təchizatı obyektlərinin saxlanılması, istismarı, cari və əsaslı təmiri ilə bağlı, tikinti obyektlərində istilik enerjisindən səmərəli istifadə və istilik enerjisi itkilərinə yol verilməməsi üçün tədbirlər görəcək, dövlət mənzil fondu binalarında və sosial-mədəni təyinatlı obyektlərdə payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasını təmin edəcək.
İstilik təchizatı sektorunda qiymətlər (tariflər) “Tənzimlənən qiymətlər haqqında” qanuna uyğun tənzimlənəcək. Təbii inhisar subyektlərinin təqdim etdiyi məhsullar istisna olmaqla istilik təchizatı sektorunda təqdim olunan qiymətləri tənzimlənməyən məhsulların qiymətləri (tarifləri) tərəflər arasında bağlanılan müqavilələrlə müəyyən ediləcək. Tənzimləyici bu qiymətləri monitorinq edəcək.
2028-ci il iyulun 1-nə qədər isə istilik təchizatı sektorunda qiymətləri (tarifləri) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tənzimləyəcək.
İlham Əliyev həmçinin “İstilik təchizatı haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.
Fərmana əsasən, yeni qanunla bağlı səlahiyyətli orqanlar müəyyənləşib.
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika17 İyun 15:43İlham Əliyev sərəncam imzaladı















.jpg)






















