Rəsmi xronika
Prezident təyyarəmizin vurulmasından DANIŞDI - "İki dəfə hücum edilmişdi"
"Təyyarə qəzası ilə bağlı təəssüf ki, Rusiya rəsmilərindən heç bir cavab ala bilməmişik. Hadisənin üzərindən 7 ay keçib. Bizim üçün hər şey aydındır. Nə baş verdiyini bilirik. Rusiya rəsmiləri də bilirlər. Təyyarə qəzası ilə bağlı bizim tələblərimiz var".
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı deyib ki, ilk növbədə Rusiya rəhbərliyi hadisəni etiraf etməlidir: "Təyyarəni vuranlar cəzalandırılmalı, qurbanların ailələrinə təzminat ödənilməlidir. AZAL-ın özünə də təzminat ödənilməlidir. Daha çox təfərrüat eşitmək istəyirsinizmi? Danışa bilərəm. Bizim pilotlat cəsarət və peşəkarlıq göstərdilər. Təyyarəni qəza enişi etdi. Pilotların sayəsində sağ qalanlar oldu. Təyyarə kənardan vurulmuşdu. Təyyarənin Ukrayna dronu ilə toqquşması məlumatı gülüş doğururdu. Bu, uşaq bağçası səviyyəsində olan nağıldır. İki dəfə təyyarəyə hücum edilmişdi. Biz bilirik nə baş verib. Rusiyanın hava məkanı bağlanmamışdı. Hava məkanı təyyarə vurulandan sonra bağlanmışdı.
7 aydındır ki, biz cavab ala bilmirik. Bizim Baş prokuror Rsiyanın tədqiqat komissyyasına məktub ünvanlayır. Cavab bu olur ki, tədqiqat davam edir. Biz gözləyirik. Bu o demək deyil ki, biz bunu unuda bilərik. Biz beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Bilirik ki, bu uzun vaxt aparır. Malayziya təyyarəsi vurulandan sonra 10 il tədqiqat aparıldı. Biz inanırıq ki, bu məsələdə ədalət qalib gələcək"
-
Hadisə21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO















.jpg)





















