Rəsmi xronika
İlham Əliyev fərman imzaladı
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə tullantılarla bağlı idarəetmənin təkmilləşdirilməsi, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Publika.az xəbər verir ki, fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınmasını Şuşa şəhəri və Şuşa rayonu üzrə – Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə – Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Ağdam, Füzuli və Xocavənd rayonları üzrə – Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Laçın rayonu üzrə – Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Kəlbəcər rayonu üzrə – Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti həyata keçirəcək.
"Təmiz şəhər" ASC-nin işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması ilə bağlı bütün əmlakı adı çəki8lən publik hüquqi şəxslərin balansına verilir.
Nazirlər Kabineti fərmanda göstərilən işlərin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün növbəti illərin dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
-
Rəsmi xronika15:25İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:46Türkiyə Fransa və Rusiyanı sıxışdırır - Ankaradan səssiz və strateji gediş
-
Dünya14:16Azərbaycanlıların öldüyü gəmini onlar vurub
-
Region13:45Ermənistan qarışdı: Kütləvi həbslər keçirilir
-
Sosial13:27XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qarabağ 12:12Moskvadan Bakı və İrəvan siqnalı: Yeni “3+3” görüşünün yeri açıqlandı
-
Sosial11:56Hərbi xidmətdən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
-
Nida Xəbər 11:26Ukrayna dronla hücum etdi: Azərbaycanın 5 vətəndaşı həlak oldu












.jpg)

























