Rəsmi xronika
İlham Əliyev Ərdoğanla görüşdü - YENİLƏNDİ/VİDEO
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
Publika.az xəbər verir ki, görüşdə qardaşlıq və strateji müttəfiqliyə əsaslanan ikitərəfli əlaqələrimizin bütün istiqamətlərdə, o cümlədən enerji, nəqliyyat sahələrində daha da genişlənməsindən məmnunluq ifadə olunub.
Söhbət zamanı SOCAR ilə Türkiyənin “Botaş” şirkəti arasında əməkdaşlığa toxunulub və bu xüsusda Azərbaycan qazının Qətərin maliyyə dəstəyi ilə Türkiyə ərazisindən Suriyaya çatdırılmasının önəmi qeyd edilib. Həmçinin Azərbaycanla Türkiyənin digər ölkələrdə birgə enerji layihələrinin icrasına dair məsələlər müzakirə olunub.
Bir neçə gün əvvəl Qars-İğdır-Dilucu dəmir yolu xəttinin təməlinin qoyulmasının əhəmiyyəti vurğulanıb, Azərbaycanda, o cümlədən Naxçıvan regionunda həyata keçirilən dəmir yolu layihələri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi müzakirə olunub və bu xüsusda, Türkiyənin regional məsələlərdə sabitləşdirici rolu yüksək qiymətləndirilib.
Türk Dövlətləri Təşkilatının bu il Azərbaycanda keçiriləcək növbəti Zirvə görüşünün əhəmiyyətinə toxunulub.
Dövlət başçıları Azərbaycan-Türkiyə strateji müttəfiqlik əlaqələrinin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
xxx
Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Bu barədə Publika.az-a Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.
-
Dünya14:46Türkiyə Fransa və Rusiyanı sıxışdırır - Ankaradan səssiz və strateji gediş
-
Dünya14:16Azərbaycanlıların öldüyü gəmini onlar vurub
-
Region13:45Ermənistan qarışdı: Kütləvi həbslər keçirilir
-
Sosial13:27XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qarabağ 12:12Moskvadan Bakı və İrəvan siqnalı: Yeni “3+3” görüşünün yeri açıqlandı
-
Sosial11:56Hərbi xidmətdən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
-
Nida Xəbər 11:26Ukrayna dronla hücum etdi: Azərbaycanın 5 vətəndaşı həlak oldu
-
İdman11:12Xameneidən tələb edirlər: Buna icazə verir - Tehranda nə baş verir?





































