Sağlamlıq
Xallı insanlarda xərçəngə yoluxma riski daha yüksəkdir
İnsanın əl-qolunda xalların sayını əsas götürməklə alimlər melanoma - dəri xərçənginin inkişafı riskinin müəyyən olunması üsulunu kəşf ediblər.
Londonun King's College institutu təqiqatçılarının hesabatına əsasən, insanın bədənində xalların sayını dəyərləndirmək üçün sağ qolunda və çiynindəki xalların sayını saymaq kifayət edir.
8 il ərzində aparılmış təcrübə və müşahidələrdən çıxarılmış qanunauyğunluq alimlərə sağ qolu və çiynində 11-dən artıq xalı olan pasiyentlərin bədənində xalların ümumilikdə sayının 100-dən çox oduğunu deməyə əsas verib.
Təqiqatçı qrupun müəyyən etdiyinə görə, bədənində xalların sayı 100-dən artıq olan pasiyentlərdə isə melanomanın inkişaf etməsi riski digərlər insanlarla müqayisədə 5 dəfə yüksəkdir.
Alimlər hesab edir ki, pasiyentin əl-qolundakı xalların sayını saymaqla həkimlər melanomaya tutulma riskini tez bir zamanda, baha prosedurlar keçirmədən müəyyən edə bilərlər.
Melanoma xəstəliyi insan bədənində xal ləkələrinin anormal tərzdə dəyişməsilə müşayiət olunur.
Statistikaya görə, hər il Britaniyada bu xəstəliyə təxminən 13,000 adam tutulur.
-
Region02:00Türkiyədə leysan yağışları daşqına səbəb oldu - Ölən var
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə qazanc gətirəcək
-
Sosial29 Aprel 22:32Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
-
ABŞ29 Aprel 20:48Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı
-
Magazin129 Aprel 20:12Onun sürprizi Əməkdar artisti ağlatdı
-
Sosial29 Aprel 18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya29 Aprel 17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial29 Aprel 17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım




































