Sağlamlıq
Heç kim qocalmayacaq: Alimlər ürəyi gəncləşdirən maddə tapdı
Yaponiyalı alimlər ürəyin qocalmasını ləngitmək, hətta qismən bərpa etmək üçün yeni üsul aşkarlayıblar.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qakuşuin Universitetinin Təbiət Elmləri fakültəsinin professoru Şigeru Yanaqin məlumat verib.
Yanaqi və həmkarları siçan hüceyrələri üzərində apardıqları araşdırma zamanı təbii berberin maddəsindən əldə edilən “mitorubin” maddəsinin təsirini öyrəniblər. Məlum olub ki, bu maddə hüceyrələrdə enerji istehsalına cavabdeh olan mitoxondrilərin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Alimin sözlərinə görə, mitoxondrilər hüceyrənin “elektrik stansiyası” rolunu oynayır. Lakin yaş artdıqca onların sayı azalır və funksiyası zəifləyir.
Araşdırma sübut edib ki, mitorubin MITOL adlı molekulların ekspressiyasını artırır. Bu molekullar mitoxondrilərin “keyfiyyətə nəzarət sistemi” hesab olunur və yaşlandıqca onların səviyyəsi aşağı düşür. Bunun nəticəsində isə mitoxondrilərin enerji istehsal qabiliyyəti artır və onların sayı da çoxalır.
Alimlər bildiriblər ki, heyvan modellərində əldə olunan nəticələr ürək funksiyasının yaşla bağlı zəifləməsinin qarşısını almağın və ya onu yaxşılaşdırmağın mümkünlüyünü göstərir.
Bununla belə, tədqiqat hələ yalnız heyvanlar üzərində aparılıb. Mütəxəssislər qeyd edir ki, eyni effektin insanlarda da müşahidə olunub-olunmayacağını müəyyən etmək üçün əlavə araşdırmalara ehtiyac var.
Yanaqi sonda vurğulayıb ki, mitoxondrilərin fəaliyyətinin zəifləməsi bir çox yaşa bağlı xəstəliklərin əsas səbəblərindən biridir və bu istiqamətdə uğurlu nəticələr gələcəkdə yeni müalicə üsullarının hazırlanmasına yol aça bilər.
Müəllif: Adəm
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı



































