Sağlamlıq
Bahar yorğunluğuna qarşı bitki çayları
Bir çox insan mart-aprel aylarında bahar yorğunluğundan əziyyət çəkir.
Publika.az-ın təqdim etdiyi bitki çayları sayəsində bu problem sizdən yan keçəcək. Əvvəlcədən qeyd edək ki, aşağıda adı çəkilən bütün çayları eyni cür dəmləmək olar. Bitkinin təzə olmasına diqqət edin. Bitkidən bir az götürüb üzərinə yenicə qaynadılmış su əlavə edin. Ağzı qapalı şəkildə 5-15 dəqiqə saxlayın.
Çayı hər dəfə təzə dəmləyib için. Çünki bitkilər suda 1-2 saat qaldıqdan sonra müalicəvi təsirini itirir.
Kirpiotu
Tərkibindəki A, C və E vitaminləri sayəsində immunitet sistemini gücləndirir. Bu bitki bədənin müqavimətini artırır. Antioksidant effekti verdiyi üçün bahar yorğunluğuna qarşı təsirlidir. Gündə 1 fincan içməyiniz kifayət edəcək.
İtburnu
Bu bitki də tərkibindəki C vitamini sayəsində güclü antioksidant hesab edilir. Qanı təmizləyir, bağırsaqların işini asanlaşdırır, immunitet sistemini gücləndirir. Gündə 2 fincan içməyə çalışın.
Yaşıl çay
Yaşıl çayın sağlamlıq üçün faydalı olduğunu bilməyən qalmayıb. Son illərin populyar sağlamlıq trendlərindən olan yaşıl çay tərkibindəki antioksidantlar sayəsində enerji bəxş edir. Bu çay halsızlığın və yorğunluğun qarşısını alır. Gün ərzində 2-3 stəkan içə bilərsiniz.
Ləman Sultan
-
İdman20:12Hakimin nübahisəli qərarı kütləvi davaya səbəb oldu - VİDEO
-
Sosial20:00Saytların çökməsinə səbəb olan texniki nasazlıq aradan qaldırıldı - YENİLƏNDİ
-
İKT19:12Bakıda bəzi parkinqlərdə ödəmə sistemi ÇÖKDÜ - VİDEO
-
Sosial16:28Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 14:55Prezident tələb etdi: Milli Məclis toplanır
-
Sosial14:43Bu şəxslərə gələn ay 30 manat yardım veriləcək
-
Region13:22İran vətəndaşlarının yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - VİDEO
-
İdman13:168 yaşlı uşaq Arda Turana belə dərs verib: Mənə dedi ki...




































