Sağlamlıq
Soyuq havada uşağın üzünü bağlamayın!
Soyuqlar başlayan kimi bir çox analar və nənələr gəzməyə çıxanda uşağın ağzını və burnunu şərflə bağlamağı vacib qaydalardan biri hesab edir.
Onların fikrinə görə bu üsulla uşağı soyuqdəymə və tonzillitdən (angina) qorumaq mümkündür. Lakin, təəssüf ki, uşağın yaxşılığını istəyən valideynlər bununla əksinə, xəstəliyin riskini artırırlar.
Hörmətli valideynlər, kiçik bir eksperiment aparaq. Soyuq havada çölə çıxdıqda üzünüzü və burnunuzu şərflə bağlayın. Az bir müddətdən sonra siz hiss edəcəksiniz ki, şərf artıq nəmdir. Nəm mühit mikrobların çoxalması üçün çox əlverişlidir. Beləliklə, havadan nəm şərfin üzərinə düşən mikrob və infeksiyalar burada sürətlə çoxalmağa başlayacaq və sonra uşağın burun və boğazına düşəcək. Bu isə, təbii ki, xəstəliyin riskini yalnız artıracaq.
Nəm şərfdən keçən soyuq hava daha da soyur, uşaq bu havanı udur və bu da özü özündən soyuqdəyməyə səbəb ola bilər.
Normal fizioloji burun nəfəsalması zamanı hava burun boşluğunda isinir, mikroblardan və viruslardan təmizlənir (onlar burnun selikli qişasında "ilişir") və yalnız sonra nəfəs yollarımıza düşür. Bunula orqanizm özü özünü xəstəliklərdən qoruyur və burada heç bir şərf və s. lazım deyil.
Təbii ki, uşaq ağızla nəfəs alırsa bu təhlükəlidir. Soyuq hava bilavasitə uşağın nəfəs yollarına düşür və bu da xəstəliyin riskini artırır. Bu halda uşağın ağzını və burnunu şərflə bağlamağın əvəzinə, uşağı yaxşı LOR həkiminə göstərmək lazımdır.
Beləliklə, soyuq havada uşağın üzünü şərflə bağlamayın, sadəcə
burunla nəfəs almasına diqqət edin.
Xəstə, hərarəti olan uşağı soyuq havada çölə çıxartmayın.
(saglamolun.az)
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI
-
Dünya8 Sentyabr 23:00BMT Trampın Aya dair iddialarına cavab verdi
-
Hadisə8 Sentyabr 21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ
-
Avropa8 Sentyabr 20:24Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - FOTO



















.jpg)




.jpg)




.png)




