Sağlamlıq
İnsan orqanizmi haqqında maraqlı 17 məlumat
Hər bir insan öz bədənini tamamilə tanıdığını düşünür. Necə fəal olduğunu, gün ərzində nəyə ehtiyacı olduğunu, nələr etdiyini.
Publika.az deyerler.org-a istinadən bildirir
ki, insan orqanizmi ən savadlı mütəxəssisləri, həkimləri,
professorları və alimləri belə təəccübləndirəcək qarışıq və sirli
bir mexanizmdir. Məhz bir neçə nümunə ilə bunu aydın başa düşə
bilərik.
- Barmaq izi kimi dilimizin izi də tamamilə bənzərsizdir.
- Tək bir saç teli bir alma daşıya biləcək qədər güclüdür.
- Bir insanın ağzındakı bakteriyanın sayı dünya üzərində yaşayan
insanların sayına demək olar ki, bərabərdir.
- Bir beyin impulsunun sürəti təxminən 400 km/saatdır.
- Qeyd edək ki, dünyada sadəcə 4 müxtəlif qan qrupu yoxdur.
Ümumilikdə 29-dur. Bunların ən nadirləri Yaponiyadakı kiçik ailələr
qrupu arasında geniş yayılmışdır.
- Yalnız 1 gün ərzində qanımız 19.3 kilometr yol qət edir.
- İnsan orqanizmindəki bütün sinirlərin ümumi uzunluğu 75
kilometrdir.
- Bir insan gündə təxminən 20.000 dəfə nəfəs alır.
- İnsan gözü 10 milyona qədər fərqli rəngləri ayırd edə bilər.
Ancaq bunun çoxunu yadda saxlaya bilmir.
- Həyatı boyu insan qulağı böyüməyə davam edir. İldə millimetrin
dörddə biri qədər.
- İnsanın ürəyi ildə 35 milyon dəfə vurur.
- İnsan orqanizmi hər növbəti gün dəri hüceyrəsindən məhrum olur.
İldə itirilən dəri hüceyrəsinin çəkisi 2 kilo olur.
- Dərinizin 1 santimetrə qədər hissəsində təxminən yüz ədəd ağrı
sensoru var.
- Orta hesabla insan həyatı boyunca, təxminən 35 ton ərzaq istehlak
edir.
- Bir insan həyatının 5 ilini gözlərini qırparaq keçirir.
- Gülümsəmək üz əzələlərinin 43-nü hərəkətə gətirsə, ağlamaq üz
əzələlərinin yalnız 17-ni hərəkətə gətirir.
- Asqırmağın sürəti təxminən 160 km/saatdır.
-
Magazin108:36Azərbaycanlı bu məşhurlar bir-biriləri ilə qohum imiş... - Foto
-
Ekologiya07:17İntensiv yağışlar yağacaq
-
İdman06:46Messi “İnter Mayami”nin jestinə belə reaksiya verdi
-
Magazin106:16Azərbaycanlı məşhur bloqerlərin toy fotoları müzakirə yaratdı
-
Magazin105:15Vüqar Əbdülovla Namiq Qaraçuxurlu arasında nə baş verib? - VİDEO
-
İdman02:12“Real Madrid” uduzdu, “Barselona” isə...
-
Hadisə01:00Badamdar yamacında sürüşmə təhlükəsi: yol bağlandı - VİDEO
-
Dünya00:30Daha bir ölkə 6 bal gücündə zəlzələ ilə SARSILDI




































