Sağlamlıq
Körpənizin sağlamlığına önəm verirsinizsə, bu vərdişlərdən uzaq durun - QORXUNC NƏTİCƏLƏR
Qədim zamanlardan bəri tez-tez yerinə yetirilən adətlərdən biri körpənin duzla yuyulmasıdır. Lakin övladınızın sağlamlığına əhəmiyyət verirsinizsə, qəti şəkildə bu adəti yerinə yetirməyə cəhd göstərməyin.
Publika.az xəbər verir ki, bəzi etnik xalqlarda hələ də əməl edilən yeni doğlmuş körpənin duzla yuyulması əslində olduqca zərərli adətdir. Körpə ona görə duzla yuylur ki, bu yolla onun tərinin pis qoxmasının qarşısının alınmasına inanılır. Lakin bu, ağızdan-ağıza yayılıb günümüzə qədər gəlib çıxan bir inancdır. Bunun elmi sübutu yoxdur.
Nəzərə alınmalıdır ki, körpələrin dərisi böyüklərinkindən qat-qat həssasdır. Həssas dəri duzu özünə çəkərsə, bu, körpənin beyin qanamasına belə səbəb ola bilər. Hətta bu adətdən sonra ölən uşaqlar da olub.
Tər qoxusunun getməsi üçün duzlu su ilə yuyulmasından savayı uşaqlarınızı təmiz və ya çox az miqdarda duz qarışdırılmış su ilə yuya bilərsiniz. Pambıqla silmək də mümkündür. Lakin silərkən belə diqqətli olmaq, kobud davranmamaq lazımdır.
Körpələrin tər qoxmaması üçün iki gündən bir ev temperaturuna uyğun istilikdə su ilə yuya bilərsiniz. Körpələrin tərləməsinin ana səbəblərindən biri süni və yanlış qidalardır. Buna görə də mümkün olduğu qədər ilk 6 aya qədər ana südü ilə bəslənməsi tövsiyə edilir.
Körpənin təmiz, sağlam böyüməsini istəyirsinizsə, elmi əsası olmayan bilgilərdən mümkün qədər uzaq durmalısınız.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)
