Sağlamlıq
Min bir dərdin dərmanı olan qaraçörəkotu sabununun BİLMƏDİYİMİZ FAYDALARI
Qaraçörəkotu təxminən 14 əsr əvvəl Peyğəmbərimizin (s.ə.v) şəfalı adlandırdığı məhsullara daxil olan faydalı bitkidir.
Publika.az bu yazıda oxucuları qaraçörəkotunun və ondan hazırlanan sabunun çoxlarına məlum olmayan faydaları ilə tanış edib.
Qaraçörəkotu ödqovucu vasitədir, onun həlimi ciyər, ödkisəsi xəstəliklərinə qarşı müalicəvi təsir göstərir.
Əgər hər səhər qaraçörəkotu həlimini zeytun yağı ilə içsəniz, bu, üzə təravət verər.
Qaraçörəkotu həliminin sirkə ilə qarışığı bağırsaqdakı qurdları təmizləyir.
Titrəmə və qızdırmada qaraçörəkotu ilə bal və sirkənin qaynanmış qarışığı çox xeyirlidir.
Əzilmiş qaraçörəkotu toxumunun sirkə ilə isladılmış sarğısı baş ağrılarında və revmatizmdə çox təsirlidir.
Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri olan İbn Sina yazırdı ki, qaraçörəkotunu soda ilə içmək astmada xeyirlidir.
XVIII əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur alim və təbibi Məhəmməd Yusif Şirvani isə deyirdi ki, əgər qaraçörəkotu toxumunu azca sirkədə qaynadaraq onunla ağzını yaxalasan, bu, diş ağrısını dayandırar: “Hər kəs qaraçörəkotunun toxumunu əzərək, balla qarışdırsa və hər gün 3 qr bu qarışıqdan acqarnına qəbul etsə, revmatizmdən xilas olar"
Tibet həkimləri qaraçörəkotu həlimini ciyər xəstəliklərində və qusma zamanı məsləhət görür.
.jpg)
Xalq təbabətində qaraçörəkotu toxumu bağırsaqlarda qaz yığıldıqda, qurda qarşı və sarılıqda istifadə edilir. Fransada qaraçörəkotu toxumları qara istiotu əvəz edir.
Müasir tibdə qaraçörəkotundan qazları yox etmək, yüngül işlətmə təsiri və qurdları təmizləmək üçün istifadə edirlər. Müasir tədqiqatlar nəticəsində müəyyən edilib ki, əkin qaraçörəkotu toxumu mikrobların inkişafının qarşısını alır.
Qaraçörəkotundan hazırlanan təbii sabunlar isə dərisində allergik problemləri olanlar üçün əlverişli bitki mənşəli dərmandır. Bu təbii bir məhsuldur. Heç bir kimyəvi maddəsi olmayan qaraçörəkotu sabunu dəri xəstəlikləri üçün mükəmməl vasitədir.
Qaraçörəkotu sabununun faydaları:
Dərini dərindən təmizləyərkən dərini qurutmur, nəmləndirir və daha hamar edir.
Ayaq göbələyinə və ayaq qoxusuna qarşı çox təsirlidir.
Ayaq yaralarını təmizləyir və dərini qidalandırmaqla müalicəyə kömək edir.
Sabun antibakterial olduğu üçün bakteriyaların böyüməsini maneə törədir və pis qoxuların qarşısını alır.
Saç diblərini gücləndirərək tökülməsinin qarşısını alır.
Saç ağarma prosesini ləngidir. Müntəzəm istifadə isə saçın köhnə rənginə qayıtmasına kömək edir.
Eqzamaya qarşı təsirlidir.
Allergik reaksiyalarda dərini rahatlaşdırır.
Antihistamin ehtiva edir.
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı































.jpg)


