Bu türk dövlətində prezident göstəriş verdi: Enerji içkiləri qadağan edilir
Bizi izləyin

Sağlamlıq

Bu türk dövlətində prezident göstəriş verdi: Enerji içkiləri qadağan edilir

Bu türk dövlətində prezident göstəriş verdi: Enerji içkiləri qadağan edilir

Qırğızıstan prezidenti Sadır Japarov ölkədə energetik içkilərin istehsalının və idxalının qadağan edilməsi məsələsinə baxılması barədə hökumətə tapşırıq verib.

Publika.az xəbər verir ki, Nazirlər Kabineti bu məsələni bir ay ərzində araşdırmalıdır. Müvafiq tənzimləyici tədbirlərin isə qarşıdakı altı ay ərzində qəbul edilməsi planlaşdırılır.

Sadır Japarov sosial şəbəkə hesabında bildirib ki, energetik içkilər tədricən asılılıq yarada bilər və onların istehlakı vərdişə çevrilir.

“Düşünürəm ki, artıq bu problemin qarşısının alınması barədə düşünməyin və kompleks operativ tədbirlər görməyin vaxtıdır”, - deyə prezident qeyd edib.

Məlumata görə, 2025-ci ildə Qırğızıstanda energetik içkilərin daxili istehlak həcmi 54 milyon 199 min litr olub. Bu, təxminən 129 milyon banka deməkdir. 2026-cı ilin ilk yarısında isə istehlak 36 milyon 83 min litrə çatıb.

Ötən il ölkədə 25 milyon 263 min litr energetik içki istehsal edilib. Avrasiya İqtisadi İttifaqına üzv ölkələrdən 28 milyon 430 min litr, digər ölkələrdən isə 1 milyon 239 min litr belə içki idxal olunub.

Qadağa tətbiq ediləcəyi təqdirdə Qırğızıstan büdcəsinin təxminən 1,5 milyard som (29,155 milyon manat) vergi gəlirindən məhrum olacağı bildirilir.

Qeyd edək ki, energetik içkilərin tərkibində kofein və digər stimullaşdırıcı maddələr var. Həkimlər bu içkilərin ürək-damar və sinir sisteminə ciddi zərər verə biləcəyi barədə mütəmadi xəbərdarlıq edirlər. Bir sıra ölkələrdə artıq onların yetkinlik yaşına çatmayanlara satışına məhdudiyyətlər tətbiq olunub.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm