Sağlamlıq
Xroniki xəstəliyi olanlara Ramazan xəbərdarlığı
Son illər Ramazan ayının yaz, yay aylarına təsadüf etməsi oruc saatlarının bir az uzun olmasına səbəb olur. Bu müddətin sağlam bədən üçün faydaları olsa da, bəzi xroniki xəstəlikləri olanlara çətinlik yarada bilir. Bəs Ramazan ayında bu xəstələr nə etməlidir?
Türkiyənin Medipol Meqa Universiteti xəstəxanasının Kardiologiya şöbəsinin müdiri Bilal Boztosun bu məqama aydınlıq gətirib.
Publika.az B.Boztosunun xroniki xəstəlikləri olanlara Ramazanla bağlı tövsiyələrini təqdim edir.
Oruc tutmaq sağlamlıq üçün çox faydalıdır və bu barədə yüzlərlə məqalə dərc edilib. Lakin xroniki xəstəlikləri olanlar və mütəmadi dərman qəbul edənlər Ramazandan əvvəl mütləq həkimləri ilə məsləhətləşib sonra oruc tutmalıdır. Əks halda uzun müddətli aclıq və susuzluq həmin şəxsin vəziyyətinin pisləşməsinə təsir edəcək.

Uzun və isti günlərə təsadüf edən Ramazan ayında mədə xəstəlikləri olanlar yemək yemə müddəti və formasına diqqət etməlidir. İlk günlərdə mədəni rahatlaşdırmaq üçün yüngül qidalar qəbul edilməlidir. Mədə xorası olanlar imsakda duzlu qidalar qəbul etməməlidir. Mədə turşuluğu çox olanlar isə Ramazandan əvvəl mütləq həkimlə məsləhətləşməlidir.

Təzyiq xəstələri isə mütləq qan təzyiqini tənzimləyən qidalara üstünlük verməlidir. Dərman qəbulu imsak və iftar saatlarına uyğun tənzimlənməlidir.Bu məsələ bütün xroniki xəstələrin diqqət etməli olduğu məqamlardandır.

Diabet xəstələri isə Ramazan ayında uzun müddət ac qaldıqları üçün qan şəkərinin düşməsi və dərmanları qaydalara uyğun qəbul etmədiklərinə görə şəkərin yüksəlməsi kimi risklərlə qarşılaşa bilərlər. Buna görə də onlar da Ramazandan əvvəl həkimləri ilə görüşüb məsləhətlər alsalar daha faydalı olar. Mütəxəssislər insulin qəbul edənlərə oruc tutmamağı məsləhət görür.

16 saatdan çox susuz qaldıqlarını nəzərə alaraq həkimlər böyrək xəstələrinə də oruc tutmamağı tövsiyə edir. Lakin riskli olmayan böyrək xəstələri oruc tutsalar da imsak və iftarda çoxlu maye qəbul etməlidir. Bununla yanaşı tərkibində su çox olan qidalar qəbul edilməlidir.

Ürək xəstələrinin bir çoxunun dərmanları ağır olduğundan onlara da oruc tutmamaq məsləhət görülür. Ancaq həkimlər ritm pozuntuları kimi çox ciddi olmayan ürək problem yaşayanların dərman saatlarını imsak və iftara görə müəyyən edərək oruc tutmalarında risk olmadığını deyir.
-
Qoroskop00:45Bu bürcləri böyük sürprizlər gözləyir
-
Sosial19 Avqust 22:18Şadlıq evlərindən şikayət: Toylar başlayan kimi rahatlıq tapa bilmirik... - Video
-
Kriminal19 Avqust 21:51Həbs xəbəri yayılan bloqerdən açıqlama
-
İdman19 Avqust 20:48Gənc futbolçulara yatırım həm kubok, həm də milyonlar qazandırdı - Araşdırma
-
Dünya19 Avqust 19:40Tehran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır... - NATO-dan reaksiya
-
İKT19 Avqust 19:30Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək - Gizli təhlükə
-
Sosial19 Avqust 18:10Bakıda “İbrahim Tatlışiş”də kabab at ətindən bişirilirmiş - Foto
-
Region19 Avqust 17:06Rusiya-Gürcüstan sərhədində sıxlıq: 20 min nəfər növbə gözləyir






































