Sağlamlıq
Ağ çörək qadağan edilsin, yoxsa... - Məşhur alimdən xərçənglə bağlı nazirliyə VACİB MÜRACİƏT
Türkiyəli kardioloq Canan Karatay sağlam cəmiyyətin qurulması üçün Səhiyyə Nazirliyinə 20 təklif təqdim edib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gözlənilməz açıqlamaları ilə tez-tez gündəm yaradan məşhur professor konservləşdirilmiş məhsulların istifadəsinin xərçəng xəstəliklərinin sayını artırdığını vurğulayıb. O, hesab edir ki, idman sağlamlığın əsas şərtidir.
Canan Karatay daha sonra trans yağların qadağan olunması təklifini irəli sürüb. O, bu yağların bədəndə sağlam hüceyrələrin sayını azaltdığını və mutasiyaya səbəb olaraq xərçəng xəstəliklərinə yol açdığını izah edib.
Karatayın Səhiyyə Nazirliyinə təqdim etdiyi təklifləri belədir:
Həzmi zəiflətdiyi və köklüyə səbəb olduğu üçün ağ çörəyin qadağan edilməsi;
İstehsal edilən unların tərkibinə kimyəvi maddələrin daxil edilməməsi;
Sənayə drojunun çörək zavodlarında bişirilən çörək xəmirinə qatılmaması;
Genetik modifikasiyası dəyişdirilən qidaların heyvan yemi kimi istifadəsinin qarşısının alınması;
Ənənəvi toxumların təşviqi artırılmalı və fermerlərə dəstək verilməsi
Qarğıdalıdan şərbət əldə edilməsinin dayandırılması;
Qazlı və şəkərli suların inkişaf dövründəki uşaqlara spirtli içkilər kimi qadağan olunması;
Bitkilərə vurulan pestisidlərin azaldılması və ya tamamilə istifadə olunmaması;
Hamilə və azyaşlı uşaqlara şəkərin həddindən artıq istifadəsi barədə xəbərdarlıq edilməsi;
Qidalarda palma və trans yağlarının istifadəsinin qarşısının alınması;
Konservləşdirilmiş qidaların azaldılması;
Bal verən arılara əlavə qida verilməsi üçün pətəklərinin yanına arı şəkərinin qadağan edilməsi.
Aytən Məftun
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
ABŞ09:27Onun adı Trampın görüş siyahısına daxil edilmədi
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
































.jpg)



