Sağlamlıq
Dünyanın ən FAYDALI MƏHSULLARI
Limon dünyanın ən faydalı məhsulu elan edilib.
Publik.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində dietologiya sahəsində çalışan mütəxəssislər ən faydalı xüsusiyyətlərə malik olan məhsulların siyahısını hazırlayıb. Dietoloqların sözünə görə, belə məhsullar orqanizmin işinin yaxşılaşmasına imkan yaradır və uzun illər sağlamlığın qorunmasına kömək edir.
Siyahının lideri güclü aktioksidant təsiri ilə tanınan limon olub. O, qanda xolesterinin səviyyəsini azaltmağa, iltihablarla mübarizə aparmağa və bağların elastikliyini saxlamağa qadirdir.

Böyük miqdarda zülal və vitamin sayəsində brokkoli kələmi ikinci yerdə olub.

Qara şokolad ən faydalı məhsulların reytinqində üçüncü yeri tutub. Mütəxəssislər onun sadəcə əhval-ruhiyyəni qaldırmaq qabiliyyətini deyil, həm də kəskin təzyiq düşməsinə kömək etdiyini vurğulayıb. Ancaq diyetoloqlar qeyd ediblər ki, şokolad heç yağ əlavəsi edilmədən, təbii kakaodan istehsal edilmiş olmalıdır.

Kartof da faydalı qidalar siyahısına daxil edilib. Tərəvəz böyük miqdarda sellüloza və kompleks karbohidratların olması ilə qiymətləndirilir.

Qızıl balıq faydalı məhsulların siyahısını bağlayır. Dietoloqlar Omeqa-3 yağı ilə zəngin olan balıqları yeməyi məsləhət görür. Müntəzəm olaraq qızılbalıq istifadəsi Alzeymer xəstəliyinin və yaşla bağlı yaranan digər xəstəliklərin inkişafını zəiflədir.

Aytən Məftun
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı














.jpg)





















