Sağlamlıq
Kardioloqlar təhlükəli simptomları açıqladı
Qadınlarda ürək tutması kəskin simptonlar olmadan baş verir, xəstələr isə kiçik naxoşluqlara məhəl qoymağa meylli deyil. Amma bu, ölümcül təhlükəli ola bilər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı kardioloqlar qadınları ürək xəstəliklərinə daha diqqətli olmağa səsləyib. Həkimlər qeyd edib ki, qadınlarda ürək tutmaları kişilərdəki kimi intensiv deyil. Odur ki, qadınlar ölümcül ola biləcək simptomlara məhəl qoymur.
Kardioloqların sözlərinə görə, adi hərəkətlərin yerinə yetirilməsində təngənəfəslik yaranırsa, diqqətli olmaq lazımdır. Xüsusilə təngənəfəslik simptomlarını yüksək təzyiq və beldə ağrılar müşayiət edirsə, vəziyyət ciddidir.
Çiyinlərdə, boyunda, sol əldə, boğazda və çənədə ağrı ürək tutmalarının əlamətləri ola bilər. Əgər belə naxoşluq üçün başqa səbəb yoxdursa, həkimə müraciət etməyə tələsin. Xüsusilə dinc vəziyyətdə nəbzin artıması, başgicəllənmə, ürək bulanması kimi hallar baş verirsə.
Xroniki yorğunluq, sinədə ağrı və təzyiqin qalmxmasını hiss edirsinizsə, səbəbsiz həyəcanlanırsınızsa, müayinədən keçməyə dəyər. Adətən qadınlarda ürək problemi klimaks və menopauzadan sonra başlayır.
Aytən Məftun
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO

































.jpg)

