Sağlamlıq
Əsl kərə yağını necə seçməli? - Əgər rəngi...
Son illərdə yeyinti məhsulları arasında kərə yağının mövqeyi əhəmiyyətli dərəcədə pisləşib. Bunun səbəbi kərə yağının xolesterin səviyyəsini artırması ilə bağlı yaranan şübhələr idi. Bundan başqa, onun köklüyə səbəb olduğu düşüncələri geniş yayılmışdı. Ancaq elmi araşdırmalar göstərir ki, tibetlilərin uzunömürlü və sağlam həyat sürməsinin sirri kərə yağıdır.
Əslində, kərə yağı istifadəsinin müsbət təsiri çox əhəmiyyətlidir. Təəssüf ki, bir çox hallarda fırıldaqçı istehsalçılar bu cür yağları bitki mənşəli piylərlə qarışdıraraq satırlar. Nəticədə kərə yağının keyfiyyəti və nüfuzu aşağı düşür.
Publika.az oxucuları kərə yağının faydaları ilə tanış edir:
Bu məhsulun səhhətə müsbət təsir göstərməsi üçün yalnız əsl təbii kərə yağı seçməlisiniz. Bəs əsl kərə yağını necə seçməli?
Supermarketdə satılan yağın altı dərəcədən aşağı temperaturda olması və saxlanma müddəti 30-35 gündən çox olmamalıdır. Əgər istifadə müddəti uzundursa, ehtimal ki, onların tərkibinə əlavə maddələr qatılır.

Kağızla deyil, folqa ilə paketlənmiş yağ almaq faydalıdır. Yağ kağızla təmas etdikdə daha çox saralır və məhsul A vitamini itirir. Folqada isə xarici işıqlandırma onu təsir etmir.
Bazarda yağ çəki ilə satılırsa, onu dadmaqdan çəkinməyin. Bu məhsul ağızda dərhal əriməlidir və dişlərin üzərində qalmamalıdır, çünki bu, marqarinə xasdır.
Bundan əlavə, kəsilməsinə baxın, yağ parlaq, qatı olması və quru olmalı, həmçinin təbəqələşmə olmamalıdır.
Yağın rəngi heyvanların yediyi otun təsirilə əlaqədar olaraq sarımtıl, yayda daha tünd, qışda isə daha açıq olmalıdır.
Təbii kərə yağı çörəyə yaxmaq çox asandır. Əgər qırıntı yaranarsa, suyun tərkibi çox yüksəkdir.
Təbii yağı ayırd etməyin bir yolu var. Kiçik bir dilimi isti suya qoyun. Əgər yağ çox keyfiyyətlidirsə, o həmcins konsistensiyanın gölməçəsi şəklində əriyəcək, əgər keyfiyyətsizdirsə, onda o topalarla əriməyə başlayacaq.
Kərə yağının faydalı xassələri

Qalxanabənzər və böyrəktüstü vəzlərinin düzgün fəaliyyəti üçün tələb olunan A vitamininin məhz kərə yağından sovrulması daha asandır.
Kərə yağı kökəltmir. Tərkibindəki yağ turşuları bədəni enerji ilə təmin edir, amma bədən yağına çevrilmir. Kərə yağı toxluq hissi yaradır. Aclıq hissi azalır, odur ki, kərə yağı çox yemək mümkün deyil.
Kərə yağı yodun mənbəyi rolunda çıxış edir, əgər kifayət qədər həcmdə yeyilməzsə, onda zob yarana bilər.
Yağ həzm sistemini yaxşılaşdırmağa kömək edir. Uşaqlarda diareya və böyüklərdə isə qəbizliyin qarşısı alır.
Yağ ürək tutmalarını ehtimalı azalır.
Bu məhsulda mövcud olan yağ turşuları, A, D, E, K daxil olmaqla bir sıra vacib vitaminlərin bədən tərəfindən sovrulmasını asanlaşdırır.
Kərə yağı böyük ölçüdə antioksidant ehtiva edir. Bu məhsul onkoloji xəstəliklərin və aterosklerozun qarşısını alır.
Aytən Məftun
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video





























.png)


.jpg)



