Sağlamlıq
Siqareti tərgitdikdən sonra vücudda baş verən 5 DƏYİŞİKLİK
Siqaret çəkənlər bir çox kimyəvi maddələrdən asılı hala gəlir. Odur ki, siqareti birdəfəlik tərgitmək insanlar üçün çətindir. Hər halda hamımız bilirik ki, siqaret orqanizmin vaxtından əvvəl qocalmasını sürətləndirir.
Publika.az bu yazıda oxucuları siqareti tərgidən insanların bədənində baş verən bir neçə dəyişikliklə tanış edib.
Daha rahat nəfəs
Siqaret çəkən insanların bədənində toplanmış toksik maddələr rahat nəfəs almağa mane olur. Siqareti tərgitdiyiniz zaman ağciyəriniz zərərli komponentləri məhv etməyə başlayır, zəhərlərin təsirləri aradan qalxdığı üçün nəfəs almaq rahatlaşacaq.
Yorğunluğu azaldır
Toksik maddələrin təsiri ilə bədən zəiflədiyi üçün aktivlik aşağı düşür. Siqaret çəkənlər üçün gəzmək, qaçmaq və idman etmək çətindir, çünki siqaret onların çox vaxt enerjisinin böyük hissəsini sorub yox edir. Ağciyərlər təmizləndikcə yorğunluq yavaş-yavaş yox olur və itirilmiş enerjinizi bərpa edirsiniz. Siqaretsiz həyat sizi daha güclü və enerjili edir.
Daha sağlam həyat
Tənəffüs sisteminiz yaxşı işləyəcəyi üçün bədəniniz dəyişəcək və özünüzü sağlam hiss edəcəksiniz. Beyniniz daha çox oksigen qəbul edəcək, siz tez düşünə və bütün idrak funksiyalarını optimallaşdıra bilərsiniz.
Məşq
Artıq daha gümrah olduğunuz üçün idman məşqləri sizi yorub əldən salmayacaq. Fiziki fəaliyyət enerjinizi düzgün istiqamətə yönəltmək və narahatlıq səviyyəsini azaltmaq üçün çox sağlam yoldur.
Qənaət
Siqaretə xərclədiyiniz pulları daha sağlam və daha məhsuldar məhsullar üçün istifadə edə bilərsiniz. Pulu və zamanı zövq aldığınız daha faydalı fəaliyyətlərə sərf edin. Pula qənaət kiçik addımlarla başlayır və siqareti tərgitmək sizə bu işdə kömək edəcək.
Aytən
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı












_28385.jpg)























.jpg)
